15 mart 2023
188

Ali məktəblərə sənəd qəbulunda sonuncu gündür

Ali məktəblərə sənəd qəbulunda sonuncu gündür

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM)Yenimeydan.info-ya  bildirilib ki, bu gün saat 10:00-a olan məlumata görə, 102 min 546 abituriyent öz ərizəsini təsdiq edib.Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi cabinet”i olmayanlar) istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlər, habelə orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni DİM-in saytında yerləşdirilib.