14 mart 2023
137

Yəhudilər İranın təxribatı barədə NƏ DÜŞÜNÜR... - İLGİNC

Yəhudilər İranın təxribatı barədə NƏ DÜŞÜNÜR...
"Jewish News Syndicate" Nyu-Yorkda yerləşəm yəhudi beyin mərkəzlərindən biridir. Onlar yazır ki, İran mollaları Azərbaycanı İsrail ilə isti münasibətlərə görə cəzalandırmaq istəyir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri "Əl-Aləm" telekanalında deyib: “Azərbaycanlılar sionistləri öz ölkələrinə gətirəndə biz ikiqat qisas alacağıq və İranın maraqlarına qarşı sui-qəsdlərin yarandığı istənilən ərazini darmadağın edəcəyik. Bunlar sadəcə şüar deyil, əməli tədbirlərdir”.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahyan isə belə buyurur: “İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir”.
İran əhalisinin 40 faizinin azəri əsilli olmasına diqqət çəkən media orqanı qeyd edir ki, İsrail də Azərbaycan kimi İranda yaşayan azərbaycanlıların müstəqil dövlət qurmaq arzusuna dəstək verir...

Elbəyi HƏSƏNLİ - DİA.AZ