10 mart 2023
151

SAHİL BABAYEVİN RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLƏN ƏMİSİOĞLU AZADLIQDA…

 Kullu miqdarda rüşvət almaqda təqsirləndirilərək həbs edilən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov bir aydır azadlığa buraxılıb.Tribunainfo.az xəbər verir ki, ötən il Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri (külli miqdarda təkrar rüşvət almağa görə məsuliyyət) ilə həbs olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödədikləri, yəni oğurladıqları vəsaiti qaytardıqları üçün sərbəst buraxılıblar.
Rüşvət ittihamı ilə həbs edilən və bu günlərdə azadlığa buraxılan Rəşad Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur. R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
Qardaşı Ramiq Babayev isə Baş Prokurorluğun əməkdaşıdır.
Yenicə azadlığa çıxan Şükür Səfərov isə 2014-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.