17 fevral 2023
181

İranda din xadimi öldürüldü

 İranın Saqqız şəhərində gənc sünni din xadimi güllələnib.
Yenimeydan.info xəbər verir ki, bu barədə İran Sünni Cəbhəsi məlumat yayıb.
Məlumatda keçmiş siyasi məhbus Əbdülhadi Salehinin oğlu Səlahəddin Salehinin güllələnərək öldürüldüyü bildirilib.
Rəsmilər terror aktının naməlum şəxslər tərəfindən törədildiyini bildiriblər.
İran Sünni Cəbhəsi isə qətilin siyasi motivlər əsasında rejimə bağlı qüvvələr tərəfindən törədildiyini qeyd edib.