15 fevral 2023
239

ÇÖKƏN BİNALARDAN NÜMUNƏ GÖTÜRÜLDÜ – SEMENT ƏVƏZİNƏ PALÇIQ…

Diyarbakır Respublika Baş Prokurorluğunun zəlzələ nəticəsində dağılan binalarda qüsurların aşkar edilməsi ilə bağlı çökən binalardan nümunələr götürülüb.                                                                                                                                           Yenimeydan.info Milliyet-ə istinadən xəbər verir ki, zəlzələdə uçan “Yoldaş” adlı binadan götürülən nümunələrlə bağlı Fırat Universiteti Mühəndislik Fakültəsi İnşaat Bölümü Dr. Mühazirəçi Sedat Savaş, “Palçıqlı material süzülmədən dərə yatağından gətirilib. Sementin miqdarı çox azdır, burada lazımi sütun-dirəklər qalmayıb. Bərk 2,3 sütunu güclə tapdıq” – deyə bildirib.
Bununla yanaşı, götürülmüş nümunədə, ilk təsbitlərlə müqayisədə sıxılma müqavimətinin çox aşağı olduğu, sement nisbətlərinin aşağı olduğu və keyfiyyətsiz materiallardan hazırlandığı müəyyən edilmişdir.
Binada ediləcək hərtərəfli araşdırmadan sonra test nəticələrini hesabat şəklində təşkil edib məhkəmə tibb bölmələrinə göndəriləcək.