11 fevral 2023
153

Müharibə olarsa, Britaniya 5 gün dözəcək - FT

 Böyük Britaniyanın Silahlı Qüvvələri hərbi təchizatın tükənməsi səbəbindən müharibə vəziyyətində təxminən beş gün davam gətirə biləcək.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" Böyük Britaniya parlamentinin müdafiə komitəsinin rəhbəri Tobias Ellvuda istinadən bildirib.
"Yüksək inflyasiya və Ukraynaya göndərilən avadanlığın dəyişdirilməsi xərcləri həqiqətən də acınacaqlı mənzərə yaradıb və ciddi şəkildə hərbi ehtiyatların tükənməsinə gətirib çıxarıb", - FT Ellvuda istinadən xəbər yayıb.