10 fevral 2023
197

Ərdoğan yenidən zəlzələ bölgəsinə getdi - Yenilənib

Ərdoğan yenidən zəlzələ bölgəsinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərgörən bölgələrə səfərini davam etdirir.
Yenimeydan info “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu gün Adıyaman və Malatyaya səfər edəcək.
Türkiyə lideri həmin ərazilərdə görülən işlərlə tanış olacaq.
Xatırladaq ki, Ərdoğan bundan əvvəl zəlzələ nəticəsində dağıntıların baş verdiyi Kahramanmara, Hatay, Osmaniye, Qaziantep və Kilisə səfər edib.
16:08
Ərdoğan Adıyamana səfər edib. O, buradan Malatyaya yollanacaq.