08 fevral 2023
189

ZƏLZƏLƏ FƏLAKƏTİNİ LAĞA QOYAN FRANSIZ XİSLƏTİ… – ONLARIN MƏQSƏDİ NƏDİR?

Fransızların “Charlie Hebdo” jurnalının Türkiyədəki zəlzələni məsxərəyə qoyan karikaturasını gördüm. Heç təəccüblənmədim. Çünki Şərqə hansı münasibət bəslədiklərinin Flober, Hüqo boyda örnəkləri var.Yenimeydan.info xəbər verir ki, bu barədə şair Aqşin Yenisey maraqlı fikir bildirib. O qeyd edib ki, bizim “Səfillər”dən insan azadlıqları tanrısı, monarxiya düşməni kimi tanıdığımız Hüqo Napoleonun Misiri işğal etməsi münasibətilə ona mədhiyyə yazmışdı ki, sən Qərbdən doğan günəşsən, sən Qərbdən gedən Məhəmməd peyğəmbərsən:
“Napoleon taxtan endirildi, Fransada qarışıqlıq yarandığı dövrlərdə Hüqo dönüb oldu qatı katolik dindar. Ömrünün qoca çağında isə gəncləri inqilaba səsləyən anarxist kimi bir şey idi.
20 yaşında inqilab istəməyənin ürəyi, 40 yaşında inqilab istəyənin ağlı yoxdur, deyirlər. Hüqo bunun tam tərsini etdi. Çünki ləlöyün idi. O, bütün ömrü boyu fransız qavroşlarına qaz verib, onları gah Misir, Suriya səhralarında, gah Paris barikkadalarında ölümə göndərdi.
Romantisisti bu olanın karikaturistindən nə gözləyəsən”.