05 fevral 2023
140

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü – FOTO

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.                                                                                   Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.
“VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki ki, qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.Reklamınızı SmartBee ilə effektiv edin.