31 yanvar 2023
164

PEKİN NATO BAŞ KATİBİNİN ÇİNLƏ BAĞLI SÖZLƏRİNƏ REAKSİYA VERDİ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, NATO baş katibinin Cənubi Koreyaya səfəri zamanı Çin haqqında söylədiyi fikirlərə istinad edərək, “Çin çağırış deyil, bütün ölkələrin əməkdaşlıq tərəfdaşıdır” dedi.
“Regional müdafiə ittifaqı olaraq qalmağa iddialı olsa da, NATO daim müdafiə üçün ənənəvi sahələrindən kənara çıxıb, yeni sahələrə doğru irəliləyişlər edib və Asiya-Sakit Okean ölkələri ilə hərbi və təhlükəsizlik əlaqələrini gücləndirib”, – çinli baş diplomat bildirib.
Bu cür inkişafın bölgə ölkələri arasında yüksək sayıqlıq tələb etdiyini deyən Ning, “NATO-nun soyuq müharibə zehniyyətindən və bloklarla qarşıdurma zehniyyətindən əl çəkməli, Avropa və dünyanın təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək işlər görməlidir” deyib.
“Ümid edirik ki, regional ölkələr Asiya-Sakit Okean regionunda düzgün əməkdaşlıq yoluna sadiq qalacaq və dünya sülhünün, sabitliyinin, inkişafının və rifahının müdafiəsində və təşviqində fəal rol oynayacaqlar”, – o əlavə edib.
Yenimeydan.info “Newsweek”ə istinadən xəbər verir ki, Yens Stoltenberq Pekinin artan hərbi potensialına istinad edərək bildirib ki, Çin NATO-nun rəqibi olmasa da, NATO-nun gündəmində “daha yüksək” olub.
“Biz hesab edirik ki, Çinlə silahlara nəzarət, iqlim dəyişikliyi və digər məsələlərdə əlaqə saxlamalıyıq. Ancaq, eyni zamanda, biz çox açıq şəkildə bildiririk ki, Çin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə problem yaradır” deyə bildirib.