10 oktyabr 2025
38
Paşinyan Azərbaycanı təbrik etdi

Təsdiqlənmiş sülh Ermənistan-Azərbaycan gündəliyindəki bütün məsələlərin həll olunduğu demək deyil.
Yenimeydan.info : Bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində deyib.
“Hələ qarşılıqlı ticari, iqtisadi, siyasi və mədəni əlaqələri möhkəmləndirməli, humanitar məsələləri həll etməliyik. Bu isə uzunmüddətli düşmənçilik tarixini nəzərə alsaq, asan iş deyil. Amma təsdiqlənmiş sülh bizə əminlik verir ki, bu məsələlər mərhələli şəkildə həll olunacaq.
Sülhün təsdiqlənməsi münasibətilə mən təbrik edirəm yalnız Ermənistanı və Azərbaycanı deyil, həm də bütün MDB üzv dövlətlərini, çünki bilirəm ki, siz hamınız bunu çox istəyirdiniz və bu baş verdi. Sülh indi reallıqdır. Bu münasibətlə hamımızı təbrik edirəm və bu müddət ərzində göstərilən dəstəyə görə MDB həmkarlarıma təşəkkürümü bildirirəm”, - baş nazir vurğulayıb.
Oxşar Xəbərlər:

Prezidentlər Birgə Bəyanat imzaladılar

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB/FOTOLAR

Liderlər İlham Əliyevi təbrik edir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO