Xəbər Lenti

______________________________
12:25 27/3/2015
______________________________
______________________________
______________________________
______________________________
17:02 26/3/2015
______________________________
______________________________
16:28 26/3/2015
______________________________
______________________________
______________________________
13:56 26/3/2015
______________________________
13:10 26/3/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:56 25/3/2015
______________________________
______________________________
10:54 25/3/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:11 24/3/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:00 22/3/2015
______________________________
14:56 22/3/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:35 22/3/2015
______________________________
______________________________
11:34 22/3/2015
______________________________
11:32 22/3/2015
______________________________
______________________________
17:37 21/3/2015
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
17:08 20/3/2015
______________________________
16:56 20/3/2015
______________________________
14:56 20/3/2015
______________________________
______________________________
Bu şəxslər Azərbaycan ordusunda işə götürülür
“Professor 200 manat maaş alarkən, Üzeyirlər 200 minlik maşında şütüdülər”
Maşın sənədləşdirilməsinin qanuni qiyməti nə qədərdir? - ARAŞDIRMA
Müəllimlərin maaşı bu sistemlə artacaq - Nazir açıqladı

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov idarə rəisini işdən çıxardı (EKSKLÜZİV)

Mikayıl Cabbarov idarə rəisini işdən çıxardı (EKSKLÜZİV)


Təhsil naziri Mikayıl Cabbarovun daha bir idarə rəisini işdən çıxardığı deyilir. Etibarlı mənbənin musavat.com-a verdiyi məlumata görə, adı bir neçə aydır mətbuatda hallanan Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin rəisi İlham Mustafayev vəzifəsindən azad edilib. Onun sentyabrın 3-də işdən çıxarıldığı bildirilir.   



Xatırladaq ki, İ.Mustafayevin işdən çıxarılması haqda bir dəfə mediada məlumat yayılıb. Həmin vaxt o, öz vəzifəsini qoruya bildi. Amma görünür M.Cabbarov yeni tədris ilində Təhsil Nazirliyindəki “köhnələrin” nümayəndələrindən sayılan İlham Mustafayevlə işləmək istəməyib.



İ.Mustafayev 21 ildir ki, həmin vəzifəni tuturdu. Təhsil Nazirliyindəki mənbənin iddiasına görə, texnikum və kolleclərdə olan dəhşətli korrupsiya mexanizminin başında məhz İ.Mustafayev dayanırdı. Mənbə bildirir ki, Bakı Sosial İqtisad Kollecinin rüşvət üstə həbs olunmuş direktoru Mübariz Mahmudovun himayəçisi məhz İlham Mustafayev olub.



Təhsil Nazirliyindəki qaynaqlar bildirir ki, texnikum və kolleclərin direktorlarının tam əksəriyyəti 15-20 ildən çoxdur ki, eyni vəzifəni daşıyırlar. Bunların vəzifədə saxlanılmaları sessiya vaxtı topladıqları rüşvətin məbləği hesabınadır. Ekspertlər iddia edirlər ki, nazir Mikayıl Cabbarov təhsilin bu sahəsindəki şəbəkələşməni dağıtmaq üçün həmin şəbəkənin başında dayanan İlham Mustafayevi vəzifədən çıxarmalı olub. Bəzi təxmini hesablamalara görə, hər tədris ilində texnikum və kolleclərdən yığılan rüşvətin həcmi bir neçə milyon manat həcmində olur.





Onu da xatırladaq ki, Mikayıl Cabbarov vəzifəyə təyin olunandan bu günə kimi xeyli sayda adamı işdən çıxarıb. M.Cabbarov Təhsil Nazirliyinin maliyyə idarəsinin müdiri Şahrza Əliyevi, müavini Qulu Novruzovu və bir sıra nazirlik yetkililərini öz vəzifələrindən azad edib.


Teqlər:
Bu xəbər cəmi 1345 dəfə oxunuldu
YAZARLAR
Əli Əsədov baş nazir ola bilər
Siyasi analtiklər ölkədə keçiriləcək prezident seçkilərində İlham Əliyevin yenə də yüksək səs çoxluğu ilə seçiləcəyi və əlavə 5 il ölkənin dinamik iqtisadi-sosial inkişafı istiqamətində nəzərdə tutulan proqramların həyata keçirəcəyini bildirirlər. Eyni zamanda siyasi və iqtisadi analitiklər hesab edirlər ki, İlham Əliyev qarşıdakı 5 ili mövcud hökumətlə davam etdirməyəcək. Hədəf 2020 olduğundan, İlham Əliyevin sürətli və dinamik bir hökuməti nəzərdə tutduğu iddia edilməkdədir. Hətta yeni hökumətə kimin rəhbərlik edəcəyi belə hakimiyyət dəhlizlərində pıçıldaşılmaqdadır. Vətəninfo.az-a məlumatlı mənbələrdən daxil olan xəbərə görə, qarşıdakı 5 ildə Azərbaycan hökumətinə Artur Rəsizadə rəhbərlik etməyəcək. Onu Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun əvəz edəcəyi iddia edilməkdədir. Məlumata görə, ixtisasca iqtisadçı olan Əli Əsədov bu günə kimi ona tapşırılan bütün vəzifələrin öhtəsindən layiqincə gəlib. Eyni zamanda, hakimiyyətdaxili qruplaşmalarda da yer almır. Ekspetlər Əli Əsədovun baş nazir olma ehtimalını, eyni zamanda onun tutduğu vəzifələrdə prezident İlham Əliyevin daim rəğbətini qazandığı qeyd etməklə bərabər, Əsədovun atasının əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsindən olduğunu da bildirirlər. Qeyd olunur ki, Bakıda doğulub boya-başa çatan Əli Əsədov ən güclü mütəxəssislərdən biridir.