Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Hərbi pensiyaçılar dövlət rəhbərinə müraciət etdilər:
“Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə!
Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
Əliyevadan tapşırıq: Yaqub Eyyubov işi nəzarətə götürdü
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Niyə bu boyda ölkədə “süni ağciyər” aparatı cəmi 6 ədəddir? Niyə 100 ədəd deyil?.."

"Nə olsun ki, bahadır, yığılan pullar hansı günə saxlanılır? Bəla necə olur ki?!." "KORONAVİRUS: Nə baş verir? Nə etməli?.."

Bu 2-günlük sərt karantin də geridə qaldı. Təəssüflər olsun ki, "Evdə qal"dan "COVID-19-la yaşamağa öyrən"ə hələ də keçid edilmir.


 


Nə baş verir?


 


1) 5 gün ərzində ümumi nəqliyyatda (avtobus, metro, bank, bankomat) olan ifrat sıxlıq – bir gerçəklikdir. Buna çarə qılınmır. Təcili həllini gözləyən mövzulardan biri, bəlkə də birincisi budur.


 


2) Sərbəst həyatın sonuncu günü marketlərdə həftəiçi olmayan ifrat sıxlıq yaşanır.


 


3) 2 gün “Evdə qal” – toplumun bütün həyat ritmini pozur, qıcıq və qəzəb yaradır. Bütün insanların, xüsusən yaşlıların, uşaqların, xəstələrin – elə hər kəsin sərbəst gəzmək və hava almaq adında ən təbii ehtiyacı və zərurəti var. Nədənsə, itlərə bu hüquq tanındığı halda, insanların ehtiyacı nəzərə alınmır.


 


4) İnsanlarımız COVID-19-a emosional baxışdan çıxa bilmir. Ya ifrat panika, ya da ifrat laqeydlik.


 


5) İnsanlarımız ölkə səhiyyəsinə inanmır. Bu, faktdır. Hər addımbaşı pul istənilən, bəlli istisnalar çıxılmaqla, diaqnozun qoyulmasından müalicəyə qədər təbibə uyğun olmayan laqeyd münasibət sərgilənən durum, onillər ərzində dayanıqlı ictimai skepsis formalaşdırmışdır. Xeyli sayda vicdanlı, peşəkar, fədakar həkimlərimiz də, təəssüf ki, ümumi skeptik münasibəti dəyişdirməyə, hələ ki, müvəffəq olmayıblar.


 


6) Aylar ərzində koronavirus ölkədə yox dərəcəsində olanda, yetkililər sinələrinə döyərək: “dünya bizim təcrübəni öyrənmək istəyir”, “koronaviris tam nəzarətdədir”, “məhz bizim gördüyümüz işlər nəticəsində COVİD-19 üzərində qələbə çalındı” tipli raportlar verirdilər. Heç bir real təhlükə olmadığı halda, insanları aylarla evdə saxladılar.


 


Həmin məmurlar indi də vəzifə başındadır. Gündə 200 nəfər yeni xəstə olan dönəmdə “hər şey ölçülüb-biçilir, vəziyyət nəzarətimiz altındadır” bəyanları verərək, nəqliyyatı bərpa etdilər, parkları, ticarət mərkəzlərini açdılar. Sonu nə oldu?


 


Bu tədbirlərin aşkar qeyri-peşəkarlığı, sistemsizliyi, proqramsızlığı sadə vətəndaşlara da aydındır.


 


Belə olan təqdirdə, insanlar nədən növbəti addımların düzgünlüyünə inanmalıdırlar? Nədən sərt təcridin lazımlığını qəbul etməlidirlər?


 


Keçən həftədən bu həftəyə vəziyyət pisləşməkdə davam edir. Başa düşülmür: eksperimentmi qoyulur ölkə insanı üzərində?


 


Niyə cavabı tez verən testlər gətirilmir? Cavab 3-4 gün çəkəndə, aydındır ki, xəstə adam xeyli sayda yeni insanı yoluxduracaq.


 


Niyə bu boyda ölkədə “süni ağciyər” aparatı cəmi 6 ədəddir? Niyə 100 ədəd deyil? Nə olsun ki, bahadır, yığılan pullar hansı günə saxlanılır? Bəla necə olur ki?!


 


Niyə maskalar paylanmır?


 


Niyə spirtin qiyməti dəfələrlə artdı?


 


Niyə əlcəklər qeyri-adekvat qiymətədir?


 


Paylanması bir kənara, koronaviris epidemiyasından öncə idxal edilən maskalar 5 qəpiyə satılırdı. Maya dəyəri, nəql edilmə, gömrük, satış xərclərindən sonra 5 qəpiyə. İndi isə ölkədə istehsal edilən və keyfiyyəti daha aşağı olan maskalar 30 qəpiyə satılır. Altı dəfə daha baha. Niyə?


 


Niyə fəaliyyəti dayandırılan sahələrin işçiləri, bütün dünyada olduğu kimi, işsiz kimi qeydiyyata götürülüb, müavinət almırlar?


 


Niyə 190 manatlıq kömək bu qədər problemlə üzləşdi və artıq dayandı? Nə düzəldi ki?!


 


Niyə kommunal xərclər sıfırlanmadı? İnsanlar haradan vəsait əldə etsinlər ki, kommunal xərcləri ödəsinlər?


 


Niyə həftəsonu məhəllə dükanları işləmir? Axı onlar işləsələr, son gündə marketlərdə sıxlıq yaranmaz.


 


Niyə 2 gün sərt karantin, 5 gün isə heç nə olmamış kimi yaşanır? İfrat və təfrit etmədən, orta xətti seçmək bu qədərmi çətindir?


 


Niyə həftəsonu insanlara sadəcə piyada gəzintiləri icazə verilmir? 40 dərəcəlik istidə mənzildə qapadılaraq, stres keçirən milyonlarla insanımız hansı hissləri keçirəcək? Onun etimadını necə bərpa etmək mümkün olacaq?


 


“Niyə”lər çoxdur. Cavablar yoxdur ki, yoxdur.


 


Cəmiyyətlə geriyə əlaqə yoxdur.


 


“Beyin fırtınası” edilmir.


 


Sadə, amma effektiv yollara əl atılmır.


 


Nə etməli?


 


Yeni həyata öyrəşməli.


 


COVID-19 olan bir gerçəklikdə yaşamağa ictimai vərdişlər yaranmalıdır.


 


Bəlkə aylarla, bəlkə də daha uzun müddətdə bu xəstəlik şəraitində yaşamağa məcburuq. Aydındır ki, hazırkı situativ idarətemə prinsipi fiaskoya uğramaqdadır.


 


Düşünülmüş, uzun müddətə hesablanmış, maksimal şəffaf, mülayim, ardıcıl bir strategiya olmalıdır.


 


Lazımsız məhdudiyyətlərdən çəkinmək vacibdir.


 


Bu şəraitdə uzun müddət yaşamağı öyrənmə strategiyası seçilməlidir.


 


Bütün gücü gündəlik həyatda maksimal qorunmağa yönəltmək, həftəsonu insanların sıx toplaşma vəziyyətlərini minimallaşdırmaq lazımdır. Amma piyada hərəkət, məhəllə dükanları, kiçik apteklər, təmir ləvazimatı sərbəst olmalıdır.


 


Nəzarət təcridə deyil, sosial məsafəyə yönəlməlidir.


 


Qoruyucu vasitələr əlçatar olmalıdır, tez-tez pulsuz paylama aksiyaları keçirilməlidir.


 


İctimai nəqliyyatın sayı azı 2-3 dəfə artırılmalıdır. İşbazların deyil, camaatın marağı əsas götürülməlidir. Orta tutumlu avtobuslardan ibarət marşrut taksiləri xəttə buraxılmalıdır.


 


Banklarda xidmət üçün resurslar dəfələrlə artırılmalıdır. 4-5 dəfə daha çox bankomat quraşdırılmalıdır.


 


Sıxlıq və növbəlilik vəziyyətləri təhlil edilməli, bunların tez bir surətdə aradan qaldırılması üçün effektiv addımlar atılmalıdır.


 


Sosial həssas təbəqələrə müavinətlər verilməlidir, biznesin ayaqda qalması üçün əhəmiyyətli vəsaitlər ayrılmalıdır.


 


Kommunal xərclər sıfırlanmalı, vergi və ödənişlər azı yarımillik təxirə salınmalıdır.


 


İnternetin kəsilməsi olmamalıdır. İnternet və mobil rabitə tarifləri azı 2 dəfə aşağı salınmalıdır.


 


Bəli, sadə, amma effektiv addımlar.


 


Bütün bunlar üçün vaxt çox azdır.


 


Amma onsuz da alternativ yoxdur...

Teqlər:
Bu xəbər cəmi 445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR