Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Məzahir Pənahov: “Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
Bəxtiyar Hacıyev Paşinyanla Parisdə üz-üzə gəldi:
Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Hətta Novruz Məmmədova belə güzəşt yoxdur...” - Mirşahin

“Hətta Novruz Məmmədova belə güzəşt yoxdur...” - Mirşahin
“Qarşıdan gələn illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. Bu sahədə tam şəffalığa nail olmalı, bütün mənfi hallara son qoyulmalıdır”.


“Yeni Sabah” xəbər verir ki, bunu Real TV-nin  rəhbəri Mirşahin Ağayev “Mirşahinin vaxtı” proqramında deyib. O, bildirib ki, Novruz Məmmədov Prezidentin ümumi daxili məhsulun artım templərinin yüksəldilməsi, hökumətin işinin effektivliyinin artırılması kimi müəyyən etdiyi hədəflərin öhdəsindən gələ bilmədi. 



“Məmmədov şübhəolunmaz, təvazökar, sədaqətli Əliyevçidir. Amma söhbət Baş nazir kimi onun qarşısına qoyulan məqsədləri Novruz müəlimin həyata keçirə bilməməsindən gedir. Dövlətin yeni tələbini qısaca belə adlandırmaq olar: Keçmişdəki nailiyyətlərə xoş xatirə kimi yanaş və bu günə işlə, indinin uğuru üçün çalış, hər zaman lazım olmaq, səmərəli olmaqçün işlə. 



Hədəf hazırki məsələlərə bu anın tapşırıqlarına, mövcud vəziyyətə, real zamanın tələblərinə adekvat olmaqdır. Novruz Məmmədovun istefaya göndərilməsi həm də bütün dövlət məmurlarına xəbərdarlıqdır. Daha çox da uzun illərdir yüksək dövlət postu tutanlara və ya xroniki vəzifəyə tutulanlara da. Ola bilsin ki, kimsə vəziyyətin ciddiliyini tam dərk etmir. Amma Baş Nazirin istefaya göndərilməsi o deməkdir ki, hətta Novruz Məmmədova belə güzəşt yoxdur. 



İndi Novruz Məmmədovun hətta sonraları və ya əvvəlləri nə qədərdir? Düşünək, ya da düşünülsün. Orta yaş həddi artıq dəyişilib. Artıq Baş Nazir Artur Rəsizadə və ya Baş nazir Novruz Məmmədovla müqayisədə cavan yox, ümumiyyətlə gənc kadrlara prioritet verilir.



Ramin Quluzadə Rabitə, qəqliyyat və yüksək texnologiyalar naziri-1977-ci il



Pərviz Şahbazov Energetika naziri- 1969 (50)



Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri- 1980 (39)



İnam Kərimov-Kənd təsərrüfatı naziri 1977 (42)



Fuad Muradov-Diasporlarla iş üzrə dövlət komitəsiFuad Muradov 1979 (40)



Vüsal Hüseynov Dövlət miqrasiya xidmətinin rəisi 1980 (39)



Ceyhun Bayramov-Təhsil naziri 1973 (46)



Rövşən Rzayev-Qaçqınlarla iş üzrə dövlət komitəsinin sədri 1962 (57)



Səfər Mehdiyev Dövlət gömrük komitəsinin sədri 1973 (46)



Rövşən Məmmədov-Azərbaycan dövlət televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətinin sədri-1979-cu il



Mikayıl Cabbarov-vergilər naziri- 1976-cı il



Samir Nuriyev-dövlət şəhərsalma və arxitektura komitəsinin sədri-1975-ci il



Orxan Sultanov-xarici kəşfiyyat xidmətinin rəisi-1977-ci il



Vilayət Eyvazov-daxili işlər naziri-1968-ci il



Orta yaş təxminən 45-ə yaxındır.



Sadaladığım adların fonunda Artur Rəsizadənin dövrünü və o zamanın nazirlərinin yaşını xatırlamağı isə sizin öhdənizə buraxıram. Kadr islahatlarına Prezident ilk növbədə rəhbər vəzifəlilərin cavanlaşdırılmasından başlayıb. Ona görə ki, yeniliklərə, trendlərə, son zamanların idrak və zəka standartlarına uyğunlaşmaq cavanlarda daha asan alınacaq. 



Dövlət başçısının bu kadrları daha böyük, daha intensiv və daha dərin islahatların həyata keçirilməsi üçün iş başına gətirdiyi göz qabağındadır. Çünki dövlət idarəçiliyindəki islahatlar davam edəcək. Bayaq dediyimiz kimi, hədəf idarəetmənin effektivliynin artırılması, iqtisadi böyümənin lazımi səviyyədə təmin olunması və şəffaflığın əldə olunmasıdır.



Bir mühüm məqam da var. Prezident hər kəsə özünü təsdiqləməyə şans verir. Onları bütün lazımi resurslarla təmin edir ki, aydın məqsədlər, dəqiq hədəflər müəyyən etsinər və onlara çatsınlar. 



Oturaq vəzifəlilər anlayışı tədricən yerini, daha doğrusu, kreslosunu, stulunu itirməkdədir. Novruz Məmmədovun yerinə seçilən Əli Əsədov barədə ilkin rəyimizi çatdıraq. Onun texnokrat kimi bilik və bacarığına şübhə yoxdur. Nəzərə alsaq ki, Prezidentin islahatlar kursunda Əsədovun öz yeri var və yəqin ki, tələb olunan dəyişikliklərə o daha çevik və mütəhərrik reaksiya verəcək. 



Bir nüans barədə də: İslahatlar kursunun 2018-ci ildən başlayaraq həyata keçirilən hissəsi məmurlardan yeni yanaşma və mənəvi imkanlar, əxlaqi üstünlüklər tələb edir. Bura rüşvətdən uzaq olmaq, neqativ keyfiyyətlərə ya malik olmamaq, ya da belə xüsusiyyətlər varsa da dərhal təmizlənmək, xalqın ağalığına yox, xalqın xidmətçiliyinə başlamaq. Dünyada gedən 4-cü sənaye transformasiyasının çağırışlarına Azərbaycanı sürətlə hazırlamaq, provinsial-feodal təfəkküründə ilişib qalmış bir sıra rəhbərlərin treninqlər, təlim və tədris yolu ilə novatorluğa transfarmasiyası, təkmilləşdirilməsi. 



Nazirlər Kabineti yeni baş nazirlə özünün ənənəvi kabinet naturasından təcili çıxmalı, vətəndaşlarla ünsiyyətin ən optimal yollarını tapmalıdır”. 


Teqlər:
Bu xəbər cəmi 225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR