Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Məzahir Pənahov: “Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
Bəxtiyar Hacıyev Paşinyanla Parisdə üz-üzə gəldi:
Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nə mühafizəçim olub, nə də qulluqçum” - Misir Mərdanov

“Nə mühafizəçim olub, nə də qulluqçum” - Misir Mərdanov


Azərbaycanın sabiq Təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdənov "Space Tv"də yayımlanan "Sadə həqiqətlər" verilişinin qonağı olub.



"Qafqazinfo" xəbər verir ki, Mərdanov qonaq olduğu verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.



O, əvvəlcə oliqarx olmasıyla bağlı yayılan iddialara münasibət bildirib "Oliqarx olmamışam. Bunu heç arzu da etməmişəm. Həmişə sadə adam olmuşam. Bunu cəmiyyət yaxşı bilir. Hər zaman camaatın içində olmuşam. Heç bir zaman mühafizəçim olmayıb. Uşaqlarım digərlərinin övladlarından seçilməyib. Əgər belə adama oliqarx deyirlərsə, mən belə olmuşam. Evimizdə qulluqçu da olmayıb. Ataların bir misalı var, dad görməmişin əlindən. Biz həmişə görə-görə gəlmişik. Bu da dəyişməməyimin əsas səbəblərindən biridir".Bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlər barədə sensasiyalı açıqlama verərək, sabiq nazirləri xaricdə iqtidara qarşı mübarizə aparanları maliyyələşdirməkdə, milyardlar qazanmaqda, mövcud hakimiyyətin mövqeyini müdafiə etməməkdə günahlandırıb. Misir Mərdanov bu məsələyə də münasibət bildirib:



"Mənim fikrimcə orada heç bir həqiqət yoxdur. Bu məsələyə münasibətimi bildirmişəm. Bunun mənə aidiyyatı yoxdur. Çünki nə altımda, nə də üstümdə milyardlarım olub. Həmişə mövqeyim aydın olub. Məncə, çox danışmaqdansa, çox iş görmək lazımdır". 



Mərdanov nazir postundan getməsindən də söz açıb:



"Bunu özümə qətiyyən dərd hesab etmədim. Bir adam vəzifədə nə qədər işləyə bilər? Məni dəvət etdilər. Dedilər ki, sən özün vəzifədən getmək üçün dəfələrlə müraciət etmisən. Həqiqətən də müraciət etmişdim. Bildirdilər ki, vəzifədən getməyin qərara alınıb. Mən də təşəkkürümü bildirdim. Getdim işə, bir dənə çantam var idi, onu götürüb evə yollandım. Mən nazir vəzifəsində BDU-nun rektorluğundan getmişdim. BDU-da rektor olmaq heç də nazir vəzifəsindən geri qalmır. Mən necə idimsə, elə də qalmışam".  



 


 


Teqlər:
Bu xəbər cəmi 200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR