Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
LAÇINDAN HAZIRLANAN SON SÜJET: Gəncədə yaşamış erməni Azərbaycan dilində görün nələr deyir + VİDEO
Eynulla Fətullayev Mirşahini vicdanlı olmağa çağırdı - VİDEO
Vahid Əhmədov: Pensiya yaşı azaldılmalı,
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

2 milyonluq saat o məmurun zamanını dondurdu – İŞ PREZİDENTİN NƏZARƏTİNDƏ

2 milyonluq saat o məmurun zamanını dondurdu – İŞ PREZİDENTİN NƏZARƏTİNDƏ

İki gündür ölkə ictimaiyyətinin əsas müzakirə mövzusu İspaniyanın İbiza kurort bölgəsində 1,2 milyon avro – 2,2 milyon manatlıq saatı oğurlanan gənc azərbaycanlının kimliyi barədədir. 


 


Bakupost.az xəbər verir ki, ilk dəfə İngiltərənin nüfuzlu "Daily Mail” qəzetinin yayımladığı xəbərə görə, İbizada istirahət edən azərbaycanlı gənc 1,2 milyon avroluq saatının küçədə qolundan oğurlandığı barədə polisə ərizə ilə müraciət edib. Həngamə də məhz bu xəbərin yayılmasından sonra başladı. 


 


Belə ki, hadisənin ortaya çıxmasından sonra sosial şəbəkələrdə və mətbuatda bir sıra məmurların adları çəkildi. Mətbuat 2 milyon manatlıq saatla gəzən gənc azərbaycanlının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu olduğunu iddia etdi. S.Məmmədov dərhal xəbərə reaksiya verdi və rəhbərlik etdiyi qurum adından təkzib yayımladı. Təkzibdə bildirildi ki, S.Məmmədovun oğlu ilə bağlı yayılan xəbər böhtandır və onun oğlu nə İbizaya gedib, nə də 1,2 milyon avroluq saatı var. 


 


Bu iddianın ardınca isə Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun adı ortaya atıldı. Xəbər saytları bildirdi ki, saatını oğurladan əslində S.Məmmədovun yox, Fərhad Əhmədovun oğludur. Milyarder də dərhal məlumatı təkzib etdirdi və açıqlamasında bildirdi ki, nə onun, nə də oğlunun belə bir bahalı saatı var: "Mən biznesmenəm, əgər belə bir bahalı saatım olsa belə, bunu gizlətmək ehtiyacı hiss etməzdim”. 


 




Sosial şəbəkədə adı hallanan başqa bir məmur isə Gənclər və İdman naziri Azad Rəhimov oldu. Yoxa çıxan milyonluq saatın Formula 1 markası ilə səsləşməsindən yola çıxan şəbəkə istifadəçiləri onun Azad Rəhimovun Bakıdakı Formula yarışlarını təşkil edən oğlu Arif Rəhimova məxsus olduğunu iddia etdi. Lakin hələ ki, bu iddiaların heç bir rəsmi sübutunu tapmayıb. 


 


Bakupost.az-a isə məsələ ilə bağlı sensasion məlumat daxil olub. Belə ki, əldə etdiyimiz məlumata görə, bu xəbər ortaya çıxandan və sosial şəbəkələrdə böyük rezonansa səbəb olandan dərhal sonra ölkə başçısı İlham Əliyev məsələnin təcili şəkildə araşdırılmasını və ona ətraflı məruzə edilməsini tapşırıb. Bildirilir ki, prezident ortaya atılan iddialardan xəbərdardır və müvafiq şəxslərə dərhal araşdırma aparmalarını və saatın hansısa məmur övladına aid olub-olmadığını dəqiqləşdirib ona məlumat vermələrini tapşırıb.  


 


Mənbəmizin sözlərinə görə, ölkə başçısı bu günə qədər qudurğan məmurlar və onların harınlamış övladları ilə bağlı güzəştsiz davranışını davam etdirəcək və saat qalmaqalına qarışan məmur da ən ağır şəkildə cəzalandırılacaq. 


 


Qeyd edək ki, prezident İlham Əliyev bu günə qədər çıxışlarında dəfələrlə məmurların və onların övladlarının keçirdiyi dəbdəbəli həyat tərzinə sərt iradlarını bildirib və belə şəxslərin ən ağır şəkildə cəzalandırılacağını deyib. Diqqətli oxucular, harınlamış övladlarının davranışlarına görə xeyli məmurun vəzifəsindən azad edildiyini də xatırlayır. Mənbəmiz bildirir ki, bu fakt da istisna olmayacaq və 2 milyonluq saat taxaraq harınlığın zirvəsinə ucalan bu gənc azərbaycanlının məmur atası da sərt şəkildə cəzalanacaq. Sadəcə, indi ortamın sakitləşməsi gözlənilir. 


 


Bəllidir ki, son vaxtlar ayrı-ayrı məmurların  xaricdəki varidatının siyahıları yayılır və bunlar cəmiyyətdə ciddi qəzəb yaradır, məmurların korrupsiyaya bulaşması, xalqın malının talanması faktı kimi qəbul olunur. Bütün bu  hallar isə hər şeydən əvvəl Prezidentin apardığı genişçaplı islahatlara kölgə salır, əhalinin inamına sarsıdıcı zərbə vurur. Buna görə də, ölkə başçısı onun rəhbərlik etdiyi hökumətin imicinə zərbə vuran məmurlara qarşı barışmaz mövqe tutub.  


 


Yeri gəlmişkən, onu da qeyd edək ki, bahalı saat azartı hakimiyyətə ilk dəfə deyil belə problem yaradır. Bundan bir müddət əvvəl də Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri Rüfət Aslanlı da bahalı qol saatları ilə gündəmə gəlmiş, xeyli müzakirələrə səbəb olmuşdu. Elə onun tutduğu postdan qəfildən uzaqlaşdırılmasında da əslində həm də saatın rol oynadığı bildirilirdi. 




 


Ondan əvvəl isə sabiq ölkə başçısı, uzun illər öncə mərhum prezident Heydən Əliyevin məmurların istifadə etdikləri saatlarla bağlı kəskin iradı hər kəsin yadındadır. O vaxt Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Kamaləddin Heydərovun qızıl saatına diqqət çəkmiş və əksər məmurların bahalı saat istifadə etməsini bildiyini, bunun israfçılıq və qudurğanlığın göstərici olduğunu vurğulamışdı.  


 


frame allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frameborder="0" height="315" src="https://www.youtube.com/embed/FErv03cZBpw" style="margin: 25px auto; display: block; max-width: 100%; clear: both; float: none; border-width: 0px; border-style: initial; color: rgb(51, 51, 51); font-family: Arial, Helvetica, sans-serif; font-size: 19px;" width="560">



Yeri gəlmişkən, 1,2 milyon avro qiyməti olan "Richard Mille 50-03 MCLaren F1” markalı saatdan dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan, poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunub.




 


Saat McLaren F1 avtomobilinin əsasında hazırlanıb və turbion mexanizmi ilə işləyir. Bu mexanizm korpusun daxilində dəqiqədə 1 dövrə olmaqla fırlanır və qravitasiyanın təsirini sıfra endirir, saatın "ifrat dəqiqliyi” də elə bundadır. Saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.

Teqlər:
Bu xəbər cəmi 770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR