Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab
Siyanfər Əliyevin oğlunun adı hallanan avtoqəza: cinayət necə gizlədilib?
“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir
Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Klinikada 1 yaşlı körpənin analizində dəhşətli səhv – Laboratoriyalar niyə bu gündədi?

Mərkəzi Klinikada 1 yaşlı körpənin analizində dəhşətli səhv – Laboratoriyalar niyə bu gündədi?

Səhv diaqnozlar insanları necə məhv edir? Azərbaycanda düzgün analiz nəticələri təqdim edən laboratoriyaların azlığı və bir çox klinikaların nəticələrinə inamın olmaması yeni problem deyil. Pasiyentlər ən yaxşı klinikalarda analiz verib, xəstəliyinin səbəbini araşdırır. Amma əksər hallarda bir yox, bir neçə yerdə analiz verməli olur, yanlış nəticələr xəstəni də, həkimləri də çaşdırır.


 Medicina.az xəbər verir ki, laboratoriyalarla bağlı bu dəfə kuryoz olay Fuad Məmmədov adlı vətəndaşın başına gəlib. Belə ki, o, 1 yaşlı övladında zəif yemə, iştahsızlıqla bağlı iyunun 21-də Mərkəzi klinikaya müraciət edir.


 Burada qastroenteroloq-həkim laboratoriyada qanın ümumi analizini verməyi tövsiyə edir. Pasiyent analizləri güvəndiyi digər laboratoriyada vermək təklifini etsə də, həkim "fərqi yoxdur, elə bizdə baxsınlar” deyib. Hər şey də bundan sonra başlayır. 2 günə çıxan qan analizi nəticələri ailəni dəhşətə gətirir.


"Analizin cavablarında bəzi dəyişikliklərlə yanaşı, trombositlərin sayı kəskin aşağı göstərilib. Norma 300 olduğu halda nəticə 48 qeyd olunmuşdu. Laboratoriyada əməkdaşdan bunun hansı səbəbdən olduğunu soruşduqda, dedi, qanda laxtalanma azalıb, nəsə qorxulu qan xəstəliyi, talassemiya falan... ola bilər. Sonra da təcili həkimə göstərməyimizi məsləhət bildilər. Bu vəziyyətin artıq qastroenteroloqluq olmadığını başa düşdüyümdən, uşağın iştahsızlığını da buna bağlayıb, vaxt itirmədən tanınmış professor, hematoloq MirEldar Babayevlə əlaqə saxladım. O, dedi, uşağı gətirin.


 Mən hər ehtimala Sağlam Ailə laboratoriyasında təkrar analiz verdirdim, cavab 1 saata çıxdı. Orda trombosit normal göstərdi. Həkim analizlərə baxdı, uşağı müayinə etdi. Dedi, əgər Mərkəzi klinikanın analizinə baxsam, mən elə bir şeydən şübhələnim ki, o sizi panikaya sala bilər. Onda gərək uşaqda ağır xəstəlik şübhəsi ilə müayinə və müalicələr başlansın. Trombosit sayı kəskin azdır. Amma biz tələsməyək, pessimist olmayaq, çünki digər analizdə hər şey normal göstərir. Bir periferik analiz də verək. O analiz çıxana kimi uşağı müşahidə edin, birdən həqiqətən trombosit çatışmazlığı olar, burnundan qan açılsa, təcili zəng edin, klinikaya gətirin”. 


Həkimin tövsiyəsi ilə uşaqdan periferik analiz götürülməsi üçün Elmi-Tədqiqat Hematologiya İnstitutuna gedib, yenidən analiz verilir. Orda analiz aparatla yox, mikroskop altında müayinə olunur. Qan institutunun da analizində trombosit sayı normal çıxır. Fuad Məmmədov bildirir ki, bu 3 gün ərzində övladının səhhəti ilə bağlı ən pis şübhələrə düşərək, özünü bəd bir proqnoza hazırlayıb, talassemiya, qan xəstəliyi və s. çıxa biləcəyinin stressini yaşayıb. Hətta tanışları vasitəsilə Türkiyə ilə əlaqə saxlayıb, yaxşı ixtisaslı klinika araşdırmağa başlayıb.


 "Bir səhv analizlə nələrin ola biləcəyini düşünmək təsəvvür etməyəciyiniz qədər ağırdır. Biz qan institutunda analizlərin cavabını gözləyənə kimi növbədəki insanlar bildirdilər ki, Mərkəzi Klinikanın laboratoriyasında çox zaman analizlər səhv çıxıb, qan xəstəlikləri ilə bağlı yanılmalar çox olur. O klinikadan bura üz tutan xəstələr də olub. MirEldar həkimsə dedi ki, olur belə faktlar. Təkcə bir klinikada yox, bir çoxunda ola bilər. Cihazdır, aparatdır, səhv edə bilir. Amma bu qədər fərq istənilən həkimi də çaşdırar. Ona görə əlavə müayinələr təyin edirik”. 


Fuad Məmmədov hesab edir ki, Mərkəzi Klinika laboratoriyası ilə bağlı ciddi tədbirlər görməlidir:


 "İnsanları bu qədər yanlış cavabla stressə salmaq olmaz. Biz onların kağızı ilə xəstəxanaya getsəydik, həkimlər uşağı klinikaya yatırıb, dərhal müalicələrə başlamalıydılar. Onların nəticəsinə görə mənim övladım qan xəstəsidir. Bir qədər aşağı–yuxarı dəyişmələri yenə qəbul etmək olar. Əgər trombosit sayı 200 olsaydı, biz bunu anlayışla qarşılayardıq. Amma birdən-birə 48 rəqəmi absurddur. Bizim kimi neçə-neçə valideyni övladı ilə sınağa çəkməsinlər. Əgər avadanlıqları, cihazları köhnədirsə, ya yoxlaya bilmirlərsə, o zaman bunu həll etsinlər, ya da ümumiyyətlə analiz qəbul etməsinlər”.


Pasiyentin təqdim etdiyi hər 3 laboratoriyanın analiz nəticələrini təqdim edirik. 


Məsələ ilə bağlı Mərkəzi Klinika və laboratoriya ilə əlaqə saxladıq, onlar bu barədə sabah məlumat verəcəklərini bildirdilər.

Teqlər:
Bu xəbər cəmi 110 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR