Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab
Siyanfər Əliyevin oğlunun adı hallanan avtoqəza: cinayət necə gizlədilib?
“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir
Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xarici ölkələrdən vətəndaşlıq alan məmur övladları: qanun nə deyir? - SİYAHI

Xarici ölkələrdən vətəndaşlıq alan məmur övladları: qanun nə deyir? - SİYAHI

Azərbaycanda yüksək vəzifə tutan bir çox vəzifəli şəxsin ailə üzvləri Rusiyanın, ABŞ-ın, Türkiyənin və digər Avropa dövlətlərinin vətəndaşlığını da daşıyırlar. 


 


Bakupost.az-ın xəbərinə görə, onların böyük əksəriyyəti Azərbaycandan kənarda investisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə edib, sonra isə vətəndaşlıq alıblar. Ayrı-ayrı ölkələrə böyük məbləğdə investisiya qoyan şəxs təbii ki, həmin investisiyanı qorumaq üçün o ölkələr qarşısında müəyyən öhdəliklər də götürür.


 


İkili vətəndaşlıq nədir, necə əldə edilir?


 


İkili vətəndaşlıq dedikdə şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. İkili vətəndaşlıq daha çox uşağın müxtəlif ölkələrin vətəndaşlarından doğulması nəticəsində yaranır. Bu hal uşağın gələcəkdə ikili vətəndaşlığa mənsub olması imkanı əldə etməsinə gətirib çıxarır. 


 


Daha çox rast gəlinən hallardan biri isə naturalizasiya yolu ilə başqa dövlətin vətəndaşlığını əldə etməkdir. Son illər xaricdə vətəndaşlıq əldə edən Azərbaycan vətəndaşları isə daha çox sərmayə qoymaqla həmin ölkələrin vətəndaşlığını alırlar. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə hüquq və azadlıqlara malik olduğu kimi, onlar hər iki dövlət qarşısında öhdəliklər də götürürlər.


 


 


Onlar cinayət məsuliyyəti daşıyır


 


Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində bu barədə yazılı məlumat verməsə, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.


 


"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.


 


Qanunun 10-cu maddənin ikinci hissəsinə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Azərbaycan Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


 


Qanunun 18-ci maddəsinə Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi və ya Azərbaycan vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, şəxsin başqa ölkənin ordusunda, seçkili orqanlarında iştirak etməsi və sair Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. 


 


Məsələn, Azərbaycanın Səhiyyə naziri Oktay Şirəliyevin Rusiya vətəndaşları olan ailə üzvlərinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Türkiyə vətəndaşı olan oğlu Məhəmməd Paşazadənin, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun İngiltərə vətəndaşı olan oğlu Orxan Eyyubovun bu ikinci vətəndaşlıqlarını nə zaman və hansı əsaslarla əldə etmələri maraqlıdır.


 


İnvestisiya əsasında vətəndaşlığını verən İngiltərədə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşının, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırova, oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova və bacısı Düriyyə Nuriyevanın, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının hansı əsaslarla ikinci vətəndaşlıqlarını aldığı da məlum deyil.


 


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təxminən 25 milyon dollar investisiya qoymaqla Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunur. Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin də bir o qədər investisiya əsasında Britaniya vətəndaşlığını əldə etdiyi bildirilir. Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Böyük Britaniya vətəndaşıdır. Onun adı əsasən neft qaçaqmalçılığı ilə bağlı xəbərlərdə mərkəzi fiqur kimi keçir. Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərovun da Britaniya vətəndaşı olduğu bildirilir.


 


Gənclər və idman naziri Azad Rəhimovun yeganə oğladı Arif Rəhimovun da maliyyə vəsaiti hesabına Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar mövcuddur.


 


Dövlət Miqrasiya Xidməti hər il müəyyən insanların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı rəylər hazırlamaqla məhkəmələrə göndərir. 2017-ci ildə 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlamaqla müvafiq məhkəməyə təqdim edib. Buna baxmayaraq, Azərbaycan Respublikasında yüksək dövlət vəzifəsi tutan şəxsin və ya şəxslərin ailə üzvlərinin xüsusilə hərbi xidmət yaşında olan övladlarının digər dövlətin vətəndaşlığını müəyyən sərmayə müqabilində əldə etməsi haqqında isə heç bir açıqlama verilmir. Əslində, yüksək dövlət vəzifəsi tutan məmur ordusunun hərəkəti Azərbaycan Respublikasının təhlükəsizliyinə ciddi zərər vuran davranış kimi dəyərləndirilməli və həmin şəxslərin məsuliyyət məsələsi həll olumalıdır. 


 


İlk olaraq Dövlət Miqrasiya Xidməti son illərdə başqa ölkələrin vətəndaşlığını qəbul edən məmurların ailə üzvləri haqqında hesabat hazırlamaqla Azərbaycan ictimaiyyətinə təqdim etməlidir.


 


Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, son bir ildə 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul edib. Onlardan 1509 nəfəri "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib. Könüllü müraciətlər əsasən, Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.


 


Dövlət Miqrasiya Xidməti 2018-ci ilin iyun ayınadək başqa ölkənin vətəndaşlığını qəbul edən və müvafiq dövlət orqanlarına məlumat verməyən 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.


 


Məsələ burdadır ki, ikili vətəndaşlıqla bağlı yaranan münasibətlərin idarə olunmasına Azərbaycan hazır deyil. Digər sahələrdə olduğu kimi bu sahədən də daha çox faydalananlar məmurlar və onların ailə üzvləridir.


 


Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1,7 milyonu seçicidir. Amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi qeydiyyatdır. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı cəmi 13 000 nəfərdir.


 


Ödənişli vətəndaşlıq


 


Avropa dövlətlərində vətəndaşlıq almaq üçün ödənişli qaydalar mövcuddur. Misalçün, Macarıstanda vətəndaşlıq almaq istəyən əcnəbinin 322 min dollarlıq bond alması kifayətdir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Kiprdə vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar xərcə düşməlidir.


 


Azərbaycanlı məmur övladlarının sevimli məkanı - Böyük Britaniyada vətəndaşlığını almaq üçün "cəmi” 1 milyon funt (2 milyon 340 min manat) ödəmək kifayətdir. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır.


 


Hesab edirik ki, yüksək vəzifəli məmurların xarici ölkələrin vətəndaşlığını alan övladları haqqında müfaviq dövlət qurumları da ciddi araşdırma aparmalı və siyahı hazırlamalıdır.

Teqlər:
Bu xəbər cəmi 215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR