Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab
Siyanfər Əliyevin oğlunun adı hallanan avtoqəza: cinayət necə gizlədilib?
“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir
Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab

“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab


“Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev ağlasığmaz bir açıqlama verib”.



 



“Yeni Sabah” xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov bildirib. Ağacan Əbiyevin “Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? "Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar” fikirlərinə reaksiya verən M. Mənsimov deputatı tənqid edib:



“Anlamadım?! Azarkeşin işi nədir ki?! Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?! Millətin seçdiyi vəkil! Azarkeş olmasa futbol olmaz! Azarkeş olmazsa ümumiyyətlə idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur əslində siz yaxşı bilməlisiniz. Komanda uduzursa, azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur nə deməkdir?! 



Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır! Və millət bayrağının heç vaxt yenilməsini və gülünc vəziyyətə qoyulmasını istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək gərəksiz azarkeşlər milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür. 



Odur ki, milli istefaya da göndərə bilər, təşəkkür də edə bilər. Siz isə AFFA-dakı yalnış idarəetməni dəstəkləyərək, futbolu məhv edirsiniz!



“Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər” - deyə, Ağacan Əbiyev qeyd edir. Təbii ki sayacaqlar. Çünkü futbola xərclənən küllü miqdarda pullar elə həmin azarkeşin pullarıdır. Azərbaycan xalqının puludur. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə! Saygılı olun lütfən”.


Teqlər:
Bu xəbər cəmi 275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR