Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
LAÇINDAN HAZIRLANAN SON SÜJET: Gəncədə yaşamış erməni Azərbaycan dilində görün nələr deyir + VİDEO
Eynulla Fətullayev Mirşahini vicdanlı olmağa çağırdı - VİDEO
Vahid Əhmədov: Pensiya yaşı azaldılmalı,
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…

Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…


O zaman bu təhsilin uğurlarından necə danışırsız, niyə danışırsız?



Təhsil nazirinin iki ciddi vəzifəni tapşırdığı Emin Əmrullayevin televiziyada qeyri-kompetent çıxışından sonra yazdığım tənqid nəticəsini verdi.



Əslində, hörmətli Emin müəllim reaksiyası ilə özünü tanıtdı və yazdıqlarımı təsdiq etdi. Azərbaycan təhsilində mühüm vəzifələr tutan və onların öhdəsindən gəlmək iqtidarında olmayan Emin Əmrullayev bizi lağa qoydu ki, o, xaricdə təhsil aldığı halda, biz xaricdə təhsil almamışıq. Azərbaycan təhsilini ələ saldı, əslində.



Azərbaycanda təhsil almaq belə ucuz və aşağı imiş ona görə.



O zaman bu təhsilin uğurlarından necə danışırsız, niyə danışırsız?



Burada oxumağı belə aşağı gördüyünüz halda, bizim tənqidləri niyə qəbul etmirsiniz?



Belə görünür ki, bundan sonra Təhsil Nazirliyinə tənqidçi lazım deyil: onun verdiyi təhsilə lağ eləyən adam oturub ocaq başında. Yadıma bir əhvalat düşdü. Özəl ali məktəblər açılan zaman bir professor hamıya uşaqlarını onun universitetinə yerləşdirməyi tövsiyə edirdi. Bir dostumuz ondan soruşdu ki, bəs öz qızı harada oxuyacaq. Dedi ki, BDU-da. Dostumuz söylədi: "Necə olur, öz qızınızı başqa yerə yollayır, bizim uşaqları öz yanınıza dəvət edirsiniz?!”



Həmin professorun misalı olmasın, özü xarici təhsili ilə öyünür, bizi yerli təhsili tənqid etməyə qoymur.

Emin Əmrullayev deyir ki, ingiliscə bilməyən adam təhsildən danışmasın. Azərbaycanın maarifçi babaları qəbirdən duracaq ayaq üstə, onların çoxu ingiliscə bilməyib. Bu adama xaricdəki təhsil də təsir etməyib, onun məntiqinə görə təhsilə poliqlotlar rəhbərlik etməlidir.



Uşaq deyilik, Emin Əmrullayev çəkinmədən deyir ki, Azərbaycanın təhsili də bir şey deyil, Azərbaycan dili də təhsil və elm dili deyil, ən azı sanballı mənbələrə sahib deyil.



Mən top xarici universitetlərdə təhsili yüksək qiymətləndirirəm. Amma gərək orada öyrədərdilər ki, ictimaiyyətə cavab verən məmur onu tənqid edənlərin adını dırnaq işarəsi içində yazmır. Hətta ona ən sərt və aşırı tənqid yazsalar belə.



Amerikada oxuyub gəlib, özünü sovetlərdənqalma "jek” müdiri kimi aparmağın nə mənası oldu?!



Söhbətə yekun vurmaq istəyirəm. Mən Təhsil Nazirliyinin son illərdə gördüyü işləri danmıram, hətta olimpiada sahəsində təmizlik və ədalətin bərpa olunmasını ucadan deyirəm. Uğurlar da var. Amma uğursuzluqlar da çoxdur.



Onları deyəndə bizi niyə topa tutursunuz?



Baxın, mən yazmışam ki, olimpiada uğurlarında uşaqların və valideynlərin payı danılmazdır. Heç cür qəbul etmirsiniz. Fuad Qarayev də Emin Əmrullayevə qoşulub mənə Avropada Qızlar olimpiadasında uğur qazanan Fidan Qarayevanı misal çəkir. Əzizlərim, yaxşı, bu qədər də yox. Fidan balamızla qürur duyuram. Amma mən Azərbaycanın əksər elm adamlarını ya şəxsən tanıyır, ya da onları diqqətlə izləyirəm. Bir ay bundan öncə sizin nazirlikdən olan yoldaşlara mən söylədim ki, Fidan xarici universitetlərdə çalışan məşhur riyaziyyatçı Mübariz müəllimin qızıdır və Fidanı siz yox, o, hazırlayıb.



Fizikləri niyə hazırlamadınız?



Deyirsiniz, yaş problemi vardı. Bizdə hər yaşdan uşaq yoxdur bəyəm, hansısa illərdə doğum olmayıb bizdə?



Daha bu qədər də yox!



Etibar Əliyev,

təhsil eksperti


Teqlər:
Bu xəbər cəmi 970 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR