Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Yeni nazirdən gözlənən islahat: DYP sisteminin demontaj edilməsi sosial sifarişdir
Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı
“Prezident təqaüdlü tələbələr universitetlərin reytinqini müəyyənləşdirə bilməz” - Ekspertlər
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elçibəyin 4 iyun qiyamı ilə bağlı tarixi çıxışı: "Rusiya dövləti necə olursa-olsun yıxılmayacaq..." - TAM MƏTN

Elçibəyin 4 iyun qiyamı ilə bağlı tarixi çıxışı:

Elçibəy hökumətinin Baş naziri Pənah Hüseyn Prezident Əbülfəz Elçibəyin 07 iyun 1993-cü il tarixində Prezident iqamətgahında Gəncə hadisələrinə həsr edilmiş hökumət müşavirəsindəki çıxışını dərc edib. 






 Mia.az həmin çıxışı olduğu kimi təqdim edir:


 


"Hörmətli bəylər, hörmətli dövlət rəhbərləri və nümayəndələri!


 


Bu günün ağırlığını siz məndən də yaxşı bilirsiniz. Biz bu yola qədəm qoyarkən dəfələrlə – mitinqlərdə, yığıncaqlarda, dövlət aparatında demişdik ki, Azərbaycan xalqı azadlıq yoluna qədəm qoyub, çünki bu xalqda azadığa vurğunluq var, bu millət haqq-ədalət tərəfdarıdır. Azadlığı əldə edən kimi ədalətli demokratik dövlət qurmaq istəyir, bu hökumət on dəfə dəyişsə də yenə azadlıq, demokratik dövlət istəyəcək.


 


Bəzən deyirlər ki, bu millətə güclü əl lazımdır ki, dövləti qoruya bilsin. Ancaq doğrudan da belə bir əl bu xalqı əzməyə başlasa, o saat deyəcəklər ki, bu başkəsən haradan gəlib çıxıb. Çünki bu millətin içində ədalət hissi var və hökmən demokratik dövlət axtaracaq.


 


1918-20-ci illərdə də Azərbaycan xalqı bu gündə idi. Ziyalıları az idi. İqtisadiyyatı zəif idi. Xalq tam savadlanmamışdı, formalaşmamışdı. Orta təbəqəsi indiki kimi qüvvətlənməmişdi. Bu gün Azərbaycan ondan on qat qüvvətlidir. Ancaq o zaman, o ağır vəziyyətdə xalq demokratik dövlət qurmaq istəyirdi.


İndi də kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq bu xalq demokratiya yolu ilə gedəcək. Dünyanın da başqa yolu yoxdur. Hamı bu yolu gedir. Demokratik olmayan dövləti inkişaf etmiş dövlətlər yaxına qoymur. Qonşu dövlətlərə baxın. Neftləri də, varları da bizdən on dəfə artıqdır, amma insan hüquqları qorunmur. Deməli, bu dövlətlərdə demokratiya yoxdur. Ona görə də onlara heç kim yaxın getmir. Deməli, Azərbaycan xalqının yolu budur. Demokratik, hüquqi dövlət qursun, onun içində də yaşasın, bütün dünya ilə əlaqələr yaratsın.


 


Ona görə də biz son 5-6 ayda fikrimizi daha çox xarici siyasətə verdik ki, dünyaya çıxaq. Fikirləşdik ki, daxildə insanların bir-biri ilə dil tapması mümkündür. Adamlar iqtisadiyyatlarını quracaqlar, ticarətlərini edəcəklər. Biz yavaş-yavaş bu yolu gedəcəyik. Biz həmişə uduzduğumuz xarici siyasətdə qabağa gedəcəyik. Bizim gördüyümüz işlər indi öz bəhrəsini verir. 


 


Müxtəlif dövlət başçılarından məktub alırıq. B.Klintondan son 4 ayda 4 məktub almışıq. Hamısında da qeyd edir ki, Azərbaycan xalqı demokratik yol seçib, bazar iqtisadiyyatı sahəsində islahatlarınız alqışa layiqdir. Buna görə də Amerika cəmiyyəti və hökuməti bizi hər cəhətdən müdafiə edir. Deyirlər ki, bu neftə görədir. Mən bu fikirlə razı deyiləm. Bayaq dedim ki, başqa dövlətlərdə də neft var, ancaq onlarda demokratik quruluş deyil. Ancaq hiss edirlər ki, bizdə doğrudan da demokratik cəmiyyət qurulur.


 


Xarici siyasətdə belə uğurlarımız olan bir vaxtda Gəncədə qiyam başlayır. Hadisədən müəyyən xəbərimiz var. Ancaq o məlumatlar tam toplanmayıb deyə biz də qəti qərar qəbul etmirik ki, sonradan nəyisə səhv edək. Gəncə hadisələri elə-belə, birdən-birə yaranmadı. Bunu hazırlayan qüvvələr vardı. Və biz çalışırdıq ki, onun qarşısını alaq. Dəfələrlə Gəncəyə nümayəndələr göndərmişəm. Üç aydır söhbət gedirdi ki, Surət Gəncəni qarışdıracaq.


 


Keçmiş Daxili İşlər naziri ilə birlikdə 4 ağsaqqal göndərdim. Danışıq getdi. Barışdılar. Qurban kəsdilər. Dedi, çıxaram. Üstündən bir həftə keçdi, təzədən qayıtdı. Yenə nümayəndələr getdi. Yenə də razılaşdılar. Kağız-dəftərin götürüb getdi, beş gün gəlmədi. Bir həftədən sonra yenə qayıtdı. Deməli, ilişib, oyundan çıxa bilmir.


 


Tutaq ki, ilk mərhələdə anlaşılmazlıq olub. Bu, istintaqın işidir. Yoxlaya bilər. Bəs vərəqələr yaymaq? Bu gün Gəncəyə zəng edib soruşuram ki, nə var, nə yox, o "Tayfun” deyirsiniz, "Tufan” deyirsiniz – o nə əməliyyatdır elə? Deyirlər ki, sənin imzan yoxdur, amma vərəqədə yazırlar ki, Prezidentin 1 iyun sərəncamına əsasən olub. Məni güllələsələr də, mən elə işə qol qoya bilmərəm. Azərbaycanlı qanı tökülən yerdə mən buna razı ola bilmərəm. Mən heç kimə deməmişəm ki, atəş açılsın. Bunu siz də gözəl bilirsiniz.


 


Mitinqlər yığıb deyirlər ki, Bakı Gəncəni almaq istəyir. Bu, nə deməkdir? Vaxtı ilə Azərbaycanı parçalamaq istəyən xanlıq siyasəti deyilmi?


 


Bir tələb irəli sürürlər ki, prezident istefa versin, sabah yazırlar ki, prezidentə toxunmaq olmaz, biz onu çox sevirik, arxasında dururuq, başqaları çıxsın. O biri gün deyirlər ki, prezidentdən başqa bütün hakimiyyətdəkilər istefa versinlər. Bu, nə oyundur? Bu, hamını hamıdan şübhələndirmək və yuxarıda aparatı dağıtmaq üçün edilən təxribatdır. 


 


Vallah, bu, nə gəncəlinin, nə bakılının, nə şəkilinin düşüncəsidir. Bu, ustalıqla işlənilmiş imperiya siyasətçilərinin işidir. Bu şahmatı gəncəli oynaya bilməz.


 


Mən bilirəm ki, düşmənlə vuruşan millət on min qurban verər və bu yaranı ürəyində beş-on ilə sağalda bilər. Vətəndaş müharibəsinin yarasını sağaltmaq olmur. Vətəndaş müharibəsi millətin məhvi deməkdir. Ona görə də bu məsələnin qarşısını sülh və barışıq yolu ilə almaq üçün bütün qüvvələri toplamaq lazımdır.


 


İndiki hakimiyyətə zidd qüvvələr çoxdur. Acığınıza gəlməsin, ola bilsin ki, bu zalda oturanların arasında da var. Ancaq hakimiyyətə gəlməyin qaydaları var. İstəməzdim ki, hakimiyyətə kimsə bugünkü metodlardan istifadə etməklə gəlsin. Bu siyasi xadimə şərəf gətirməz.


 


Bu çətin vaxtda nəqliyyatı bir təhər qaydaya salırıq, keçirlər çörək işinə. Hansı vicdanın sahibi olmaq lazımdır ki, Qurban bayrmında sabotaj edib çörək bişirməyəsən, bişirdiyini də elə bişirəsən ki, yemək mümkün olmasın. Yaxud fəhlə və tələbələrin maaş və təqaüdlərinin qaldırılması haqqında demaqogiya. Dalınca da qiyam. Şəxsən mənə edilən xəyanəti bağışlayaram, amma bu millətin 73 illik arzusuna –müstəqil Azərbaycan dövlətinin qurulmasına qarşı edilən xəyanəti bağışlaya bilmərəm. Nə özümə, nə başqasına. Mən demişəm. Bu yolda sonacan mübarizə aparacam. Bir başım var, onu da qurban verməyə hazıram. Demokratik dövlət quraq, mən və xalq bu idealına çatsın. Ondan sonra bu işlərə qarışsam, məndən pis adam yoxdur.


 


Təklif edirlər ki, Ali Sovetin sessiyası çağırılsın. O deputatların necə seçildiyini hamınız yaxşı bilirsiniz. Orada elə qruplar yığışıb ki, hamısı biri-birinə düşməndir. Ora kim gəlirsə gəlsin, heç ikicə ay da idarə edə bilməz. Düşəcək Rusiya parlamentinin gününə. Rusiya dövləti necə olursa-olsun yıxılmayacaq. Çünki Rusiyanın ordusu var, atomu var.


 


Ali Sovetin sessiyaları yadınızdadır. Əlli nəfər bunu istəyir, yüz nəfər o birisini. Trubunadan birisi deyir ki, bu şəhərin ağası mənəm, biri deyir kişisən çıx bayıra danışaq. Az qala tapança çıxarıb bir-birilərini qırırdılar. Belə parlament istəyirsiniz?


 


Bizə oktyabrda demokratik seçkilər keçirmək lazımdır. Demokratik yolla seçilmiş parlamenti olan ölkəni yıxmaq çətindir. Orada vətəndaş müharibəsi salmaq mümkün deyil.


 


Mənim çalışdığım Azərbaycanda dövləti qurmaqdır, bu xalqın istəyini yerinə yetirilməsinə kömək etməkdir. Son nəfəsimə qədər mən bu əqidəmdən dönməyəcəm".





Teqlər:
Bu xəbər cəmi 525 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR