Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab
Siyanfər Əliyevin oğlunun adı hallanan avtoqəza: cinayət necə gizlədilib?
“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir
Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nar”ın texniki heyəti tələbələrlə bir araya gəldi

“Nar”ın texniki heyəti tələbələrlə bir araya gəldi


“Nar” ölkənin yerli rabitə bazarında gənc mütəxəssislərin yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetinin (AzTU) magistr pilləsində təhsil alan tələbələr üçün mobil rabitə şəbəkəsilə əyani tanışlıq təlimi təşkil edib. “Nar”ın texniki heyətinin rəhbərliyi ilə tələbələr, mobil şəbəkə haqqında təlim keçdikdən sonra, şəhərin müxtəlif ərazilərində yerləşən baza və ötürücü stansiyaları, həmçinin şəbəkə nəzarət otağını ziyarət ediblər.

Mühazirələr zamanı tələbələr bütün ölkə üzrə mobil şəbəkənin davamlılığına nəzarət edilməsi, texnoloji yeniliklərin tətbiqi və müştərilərin artan tələbələrini qarşılanması barədə ətraflı öyrəniblər. “Nar”ın baza və ötürücü stansiyalarını yerində öyrənən tələbələrə, şəbəkə cihazları haqqında məlumat verilib, qurğuların iş prinsipi və təhlükəsizliyə nəzarət mexanizmi öyrədilib.

Tələbələr “Nar”ın ölkə boyunca fasiləsiz işləyən 1800-dən çox 4G, 2670-dən çox 3G və ümumilikdə 7500-dən çox mobil rabitə stansiyasının işinə nəzarət edən şəbəkə monitorinqi otağını ziyarət edib. 24/7 rejimdə aparılan monitorinq sayəsində “Nar” abunəçiləri yüksək keyfiyyətli zəng və internet xidmətlərindən kəsintisiz istifadə edir.

“Nar”la bir iş günü keçirən tələbələr yerli rabitə şirkətində əməkdaşlara yaradılan şəraitlə tanış olublar, onları gözləyən peşə imkanlarına və rabitə işinin incəliklərinə bələd olublar. Qeyri-rəsmi görüş zamanı tələbələr onları maraqlandıran sualları birbaşa “Nar” şəbəkənin idarəedicilərindən soruşmaq imkanı əldə ediblər.

Tələbələrin mobil rabitə şəbəkəsi ilə əyani tanışlıq təlimi, “Nar” və AzTU arasında imzalanmış tərəfdaşlıq razılaşması çərçivəsində baş tutmuş növbəti layihədir. Buna qədər “Nar”ın rabitə mütəxəssisləri Texniki Universitetdə test rabitə mərkəzi və mobil rabitə təlimləri təşkil ediblər. Universitetlə razılaşmanın əsas niyyəti isə rabitə sahəsində gələcəyin yerli peşəkarlarını yetişdirmək və azərbaycanlı tələbələrin məzun olduqdan sonra rabitə bazarında əcnəbi həmkarlarından daha üstün biliyə sahib olmasını təmin etməkdir.


Teqlər:
Bu xəbər cəmi 215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR