Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Mənə ehtiyac olmadığına görə ölkədən getdim...” – Cahangir Novruzov (MÜSAHİBƏ)
Yeni nazirdən gözlənən islahat: DYP sisteminin demontaj edilməsi sosial sifarişdir
Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı
“Prezident təqaüdlü tələbələr universitetlərin reytinqini müəyyənləşdirə bilməz” - Ekspertlər
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yazıçı Anar Rauf Arifoğlunu keçmişi ilə vurdu: "Elə bil bu, həmin adamların sifətləri deyil, simasız..."

Yazıçı Anar Rauf Arifoğlunu keçmişi ilə vurdu:

Azərbaycan Yazıçılar Birliyi ilə "Yeni Müsavat” qəzeti arasında qarşıdurma baş verib.


 


Qarşıdurmaya səbəb Zamin Hacının "İsti otağın yazıçıları” adlı yazısı səbəb olub. 


 


Yazının dərcindən sonra AYB bəyanatla çıxış edib. 


 


Bəyanatda sərt ifadələr yer alıb: 


 


"Yer tutsalar da köhnə qəzetləri saxlamağın faydası varmış.


 


 "2003-2005-ci illərin "Yeni Müsavat” nüsxələrinə baxdıqca gözlərinə inanmırsan. İndiki iqtidar, hazırda da iş başında olan məsul şəxslər barəsində ən çirkin yazıların altında 2019-cu ildə də bu qəzetdə gen-bol çap olunanların imzalarını görəndə mat qalırsan. İnsanın da bu qədər sifəti olar? Amma onu da düşünürsən ki, bu həmin adamların sifətləri deyil, üzlərinə taxdığı maskalardır. Simasız sifətlərə bir gün hiddət, etiraz maskası, başqa gün məddahlıq, yaltaqlıq maskası taxmaq çətin iş deyil. 


 


Əlimizin altında olan qəzetlərdən konkret adlar çəkmək istəmirik. Danos vermək bizim adətimiz deyil...”.


 


Bəyanatda qeyd olunur ki, "Yeni Müsavat” qəzetinin mövqeyi dəfələrlə dəyişsə də, bir məsələdə – yazıçılara qarşı səlib yürüşündə sabit qədəmdirlər. Yazıçılar Birliyinə pataloji, daha doğrusu, zooloji nifrətləri daimidir: "Zooloji sözü təsadüfi deyil. Çünki yalnız şüursuz məxluq hədəf seçdiyini didib-parçalamağa hazırdır”.


 


Yazıçıların bəyanatı bədii epitetlərlə də doludur. 






Məsələn: ""Yeni Müsavat”ın siyasi dişləri çıxarılandan sonra protezlə Yazıçılar Birliyini dişləməyə rüsxət verilib və bu fürsət vaxtilə şairlik iddiasına düşən bir uğursuza həvalə olunub” deyə qeyd edilir. "Əgər bütün "yaradıcılıq fantaziyası” məşhur romanın adını və qəhrəmanlarını hallandırmaqdan uzağa getmirsə, belə bir qrafomandan öz üsulu və diliylə desək, "şair qayırmaq” çətindir. Odur ki, baş tutmamış "şairliyinin” qisasını bütün başqa əhli-qələmlərdən çıxır. Nədən yazır-yazsın,  hər sicilləməsində hökmən Yazıçlar Birliyi barədə səfeh bir atmaca atmalıdır. Bu gic-gic sözlərə əhəmiyyət vermirik və cavalandırmırıq. Amma elə yalanlar və təhqirlər var ki, onları cavabsız qoymaq belələrini qudurdar”.


 


AYB-nin ittihamlarına redaksiyanın cavabı gecikməyib. 






"Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan deyib ki, AYB-nin bu mövqeyi onu həm məyus edib, həm də təəccübləndirib: 


 


"Əvvəla, həm Yazıçılar Birliyi, həm də "Yeni Müsavat” qəzeti yaradıcı insanların toplaşdığı təşkilatlardır. Normal tənqidi ruhlu bir açıqlama yazıb, elə bizim redaksiyaya yollaya bilərdilər, biz də məmnuniyyətlə o açıqlamanı çap edərdik. Bunca qəzəbə, nifrətə, təhqirə nə hacət vardı, açığı anlamıram. 


 


İkincisi, yaxşı olardı ki, köşə yazarımızın toxunduğu məsələylə bağlı AYB rəhbərliyindən kimsə "Yeni Müsavat”a danışardı. Baxmayaraq ki, bu məsələ ictimailəşəndə biz AYB-nin mətbuat katibini canlı yayına dəvət etmişdik. O, bizim təklifi rədd etmişdi. Bunların heç birini etməyib, başqa bir KİV-də ünvanımıza hədyanlar yazmaq, nə AYB-nin, nə də onun hörmətli sədrinin adına layiq deyil. AYB bütün sivil və məqbul variantları bir kənara qoyub, ən sonuncu varianta əl atdı – bizə iradını təhqir və söyüşlə bildirdi”.


 


A.Ayxan dedi ki, AYB elə reaksiya verib, sanki deyilənlər yalandır: "Obyekt icarəyə verilib, Allah bazar versin, ordan aldıqları para halalları olsun, sözümüz və gözümüz yoxdur. Sadəcə bilinəndə ki, həmin obyekti icarəyə götürənlər oranı uyğun profil üzrə istifadə etmirlər, o zaman cəmiyyətdən etirazlar, qınaqlar gəlməyə başladı. Çox yazıldı bu barədə. Amma nədənsə AYB hamını bir kənara qoyub, "Yeni Müsavat”ı hədəf seçdi. Görünür, bu, Anar müəllimin bizə "xüsusi” münasibətindən irəli gəlir...”. 


 


Azər Ayxanın fikrinə görə, sözügedən açıqlamada Anar bəyin qələminin izləri var: "Ya özü yazıb, ya da hazır materialın üstündə ciddi şəkildə işləyib, onu təhqirlə, kinlə, nifrinlə "zənginləşdirib”. Anar müəllim fərqli fikrə, tənqidə çox dözümsüzdü. Bunu bəzən onun yaşı ilə əlaqələndirirlər. Məncə belə deyil. Gəncliyində də belə olub deyilənə görə”.


 


A.Ayxan bildirib ki, Anar bir neçə iqtidarla, prezidentlərlə işləyib: "Vəzirov, Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev. 5 prezidentlə işləyib, vəzifəsini, biznesini qorumaq sizcə, boş-boşunadırmı? Görünür, Anar müəllim iqtidarların hamısına yarınıb və onlardan yararlanıb. Sonra da deyirlər, ziyalıyıq. Ziyalı dediyiniz nədir? Ziyalı o deyil ki, övladlarını vəzifəyə qoyasan, onlara gün-güzəran, biznes qurasan, ömürlük sədr olasan və sair. Ziyalılığın, aydınlığın əsas şərti odur ki, cəmiyyətin, xalqın mövqeyini öz mövqeyindən üstün tutacaqsan. Ailəndən, övladlarından başqa kimsəni düşünmə, sonra da de ki, mən ziyalıyam. Oğlun yaşda insanlarla savaş, dalaş. Ömrün, həyatın bu cür mənasız intriqalarla keçsin. Səni tənqid edənlərə qarğış et, nifrin yağdır. Bəlkə bir dəfə də başqa yolu sınaqdan keçirəsiz? Məsələn, sizi tənqid edən yazarı çağırıb danışasız, ona müsahibə verəsiz, çay içəsiz? Söyməyə, pisləməyə, bəd dua etməyə nə var ki...”.  (Yenisabah.az)

Teqlər:
Bu xəbər cəmi 765 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR