Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Mənə ehtiyac olmadığına görə ölkədən getdim...” – Cahangir Novruzov (MÜSAHİBƏ)
Yeni nazirdən gözlənən islahat: DYP sisteminin demontaj edilməsi sosial sifarişdir
Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı
“Prezident təqaüdlü tələbələr universitetlərin reytinqini müəyyənləşdirə bilməz” - Ekspertlər
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik Oqtay Şirəliyevin istefa tələbinə elə cavab verdi ki... - Açıqlama

Nazirlik Oqtay Şirəliyevin istefa tələbinə elə cavab verdi ki... - Açıqlama

Səhiyyə Nazirliyi nazirliyin binası qarşısında aksiya keçirən şəxsin iddiasına cavab verib.






Mia.az nazirliyə istinadən xəbər verir ki, Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib: 


 


"Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. 






Belə ki, xəstə,1963 -ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü il fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çox saylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD velkeyd, sikofosfan, deksametazon kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir".


 


O da bildirilir ki, Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə, eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.


 


Bundan sonra nazirlik jurnalisti şantajda ittiham edib: "Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib. Şənbə günü isə Nazirliyin qarşısında səs küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.






Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır hədəf terapiyası İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya institutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir".


 


Xatırladaq ki, "Kanal 8”-in jurnalisti Teymur Kәrimov  Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәn anasının müalicәsinә pul çatdıra bilmәdiyini bəyan edərək,  mayın 18-dә Sәhiyyә Nazirliyinin binası qarşısında aksiya keçirib.


 


 O,  səhiyyədəki rüşvət və özbaşınalıqlara etiraz edərək,  paltarlarını soyunaraq satışa çıxarıb və bildirmişdi ki, adicə pambığı belə onlara pulla verirlər.


 


Artıq bütün var-yoxlarının Oqtay Şirəliyevin həkimləri tərəfindən soyulduğunu deyən jurnalist naziri istefaya səsləmişdi.


 


Polislər onu aksiyaya görə saxlayıb, əvvəl 20-ci Polis Şöbəsinə, sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparmışdılar.


 


Bu barәdә AzadlıqRadiosuna jurnalist özü məlumat verib. T. Kәrimov bildirib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. 


 


Jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini soruşub vә izahat yazdırıblar: "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım".

Teqlər:
Bu xəbər cəmi 465 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR