Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan deputata sərt cavab
Siyanfər Əliyevin oğlunun adı hallanan avtoqəza: cinayət necə gizlədilib?
“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir
Amerikada oxuyub, özünü “JEK” müdiri kimi aparmaq…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vəliyevlərin “Muğanbank”ı iflas edir? – Faiz gəlirləri aşağı düşən bank mənfəət vergisini də ödəməyib

Vəliyevlərin “Muğanbank”ı iflas edir? – Faiz gəlirləri aşağı düşən bank mənfəət vergisini də ödəməyib


“AzPolitika.info” xəbər verir ki, “Muğanbank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı dərc edilib.

Hesabatdan aydın olur ki, “Muğanbank” ötən ili mənfəətlə başa vursa da, bankın faiz gəlirlərində 2017-ci illə müqayisədə 5 faizə yaxın azalma qeydə alınıb.Belə ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank, 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib. Ümumilikdə 2 milyon manata yaxın faiz gəliri itirən “Muğanbank” həm də ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün də 6 milyon 54 min manat ayırmalı olub.Xatırladaq ki, son illər mətbuatda “Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi.



 Bunun sübutu kimi “Muğanbank”ın 2017-ci ildən 6.5 milyon manata yaxın ziyanla çıxmasını göstərmək olar. Doğrudur, bank 2018-ci ili 1 milyon 430 min manat mənfəətlə başa vurub, ancaq göründüyü kimi, bu məbləğ ötən illərdəki ziyanı qapatmaq imkanında deyil.



Bununla yanaşı, maliyyə hesabatından belə görünür ki, “Muğanbank” ötən il mənfəət vergisini də ödəməyib.





Bank 26 milyon 772 min manat əməliyyat mənfəəti əldə etmək üçün ümumilikdə 25 milyon 342 min manat işçi heyətinə, əməliyyat xərclərinə və s. xərclərə vəsait ayırmalı olub. “Muğanbank”ın məcmu kapitalı isə 82 milyon 550 min manata çatıb ki, bu da Mərkəzi Bankın tələb etdiyi normadan yüksəkdir.



Xatırladaq ki, “Muğanbank” bank dairələrində daha çox “Odlar Yurdu” universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Mətbuatda sözügedən bankın adı hətta “MTN işində” belə hallandırılıb və riskli banklardan biri kimi də təqdim olunub.



Məlumat üçün onu da bildirək ki, bankın səhmdarlarının nizamnamə kapitalındakı pay bölgüsü aşağıdakı kimidir: Mehdiyev Elmir Maqbet oğlu – 63,50 faiz (Ə.Vəliyevin kürəkəni, həmçinin bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 faiz (Ə.Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10 faiz(Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 faiz (Ə.Vəliyevin qudası)…


Teqlər:
Bu xəbər cəmi 500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR