Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:59 17/12/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq - Konsepsiya hazırlanır
İlham Əliyev:
Saxta əlilliyə görə ödənilmiş vəsaiti kim qaytarmalıdır? - Sahil Babayev prokurorluğa müraciət etdi / ARAŞDIRMA
Azərbaycanda ən çox hansı icra başçısından şikayət var? - PA rəsmisi adları açıladı
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aqiyə Naxçıvanlı: “Boşanmaların əsas səbəbləri məcburi evlilik…”

Aqiyə Naxçıvanlı: “Boşanmaların əsas səbəbləri məcburi evlilik…”


“Şəxsiyyətin yetişməsində ailənin rolu böyükdür. Əsas dəyərlər ailədə formalaşır. Ailə kiçik bir dövlətdir, öz qanunları var. Gənclərə sağlam həyat tərzi təbliğ olunmalıdır, onlar vətənpərvər ruhda olmalıdırlar”.



“Report” xəbər verir ki, bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.



O bildirib ki, ailə ilə bağlı qanunvericilik bazası mükəmməldir.



Deputat qeyd edib ki, 2018-ci ildə 13 651 boşanma olub: “Bu hal təəssüfləndiricidir. Əvvəl əsas səbəb sonsuzluq idi. İndi isə uşaqlı ailələrin boşanma sayı da artıb. Boşananların 71 faizi biruşaqlı ailələrdir. Bu, milli-mənəvi dəyərlərə uyğun deyil. Sevgi, səmimiyyət uzaqlaşır, evliliyə oyun kimi baxırlar. Toy edirlər, oynayırlar, bir-birlərinə acıq verirlər, sonra bəylə gəlini Limuzinlə yola salırlar. Daha sonra da Maldiv adalarında dincəlməyə gedirlər. Bir aydan sonra ailə yoxdur, mülk davası başlayır. Rəhbərlik etdiyim komitəyə müraciətlərin əksəriyyəti mülk və alimentlə bağlıdır. Bu müraciətləri gənclər özləri deyil, valideynləri edirlər. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Boşanmaların bir çox səbəbləri var. Buraya məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələr daxildir”.


Teqlər:
Bu xəbər cəmi 475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR