Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi - Ceyhun Bayramov əmr verdi
Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: “Tanımaq belə istəmirəm…”
London Bakıya qarşı “Arsenal”ını niyə işə saldı? – Şok məqamlar
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AzTV-də yoxlama başladı: xeyli rəhbər şəxs çıxarıldı - Yeni təyinatlar oldu + SİYAHI

AzTV-də yoxlama başladı: xeyli rəhbər şəxs çıxarıldı - Yeni təyinatlar oldu + SİYAHI

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları ilə bağlı suallara aydınlıq gətirilib.


 


Yenimeydan.info xəbər verir ki, AzTV-nin mətbuat katibi Xatirə Qasım Modern.az saytına açıqlamasında televiziyada kadr islahatları aparıldığını təsdiqləyib. 


 


O həmçinin bildirib ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Aparat rəhbəri Dəyanət Cəfərov öz ərizəsilə işdən ayrılıb: "Onun işdən çıxması indiki kadr islahatları ilə bağlı deyil, bu, hələ Arif Alışanovun sədrliyi dövründə baş verib”.


 


X.Qasımova deyib ki, Aparat rəhbəri vəzifəsinə yeni təyinat da olub: "Aparat rəhbəri vəzifəsinə Cabbar Quliyev gətirilib”.


 


Mətbuat katibi həmçinin, mühasibatlıq şöbəsində də dəyişikliklər aparıldığını qeyd edib: "İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev tutduqları vəzifədən azad olunublar”. 


 


Şahrza Əliyevin yerinə Auditorlar Palatasının əməkdaşı olmuş Natiq Kərimov gətirilib.


 


Aparat rəhbəri vəzifəsinə təyinat alan Cabbar Quliyev əvvəllər "Mədəniyyət” telekanalında direktor müavini, İctimai Televiziya da isə baş direktor müavini vəzifələrində çalışıb.


****



Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov "təmizləmə əməliyyatı”na başlayıb.



Mia.az "qafqazinfo”ya istinadən xəbər verir ki, R. Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılmasına diqqət yönəldib. Bu səbəbdən QSC-nin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və müavinləri vəzifəsindən azad olunub. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.



Televiziyanın maliyyə idarəsinə isə yeni rəhbər təyin olunub.



 


Qeyd edək ki, Şahrza Əliyev Arif Alışanova ən yaxın şəxslərdən biri idi.



Kadr islahatına daxil olan digər məsələ "Xəbərlər” informasiya studiyası ilə bağlıdır. Bu studiyada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar da artıq işdən azad olunublar.



*** 



Mia.az xatırladır ki, Şahrza Əliyev uzun illər Təhsil Nazirliyi maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Misir Mərdanov təhsli naziri postundan getdikdən qısa müddət sonra sabiq təhsil naziri Mikayıl Cabbarov onu istefaya göndərmişidi. 



Ş.Əliyevin adı bir çox maliyyə pozuntularına hallansa da, o, özünü qoruya bilmişdi. Bir müddət sonra isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin maliyyə idarəsinə rəisi gətirilmişdi. Alışanovla münasibətləri yaxın olduğundan qurumda ən yaxın kadrı kimi tanınırdı. 



Görünən odur ki, yeni sədr əvəzi Alışanov və yaxın ətrafının fəaliyyətinin araşdırılması tapşırığını verib. 


Teqlər:
Bu xəbər cəmi 745 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR