Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Nazirlik Oqtay Şirəliyevin istefa tələbinə elə cavab verdi ki... - Açıqlama
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi - Ceyhun Bayramov əmr verdi
Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: “Tanımaq belə istəmirəm…”
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Pensiyalar indeksləşdiriləcək" - Nazir detalları açıqladı


"2019-cu ilin dövlət büdcəsində sosialyönlü xərclər böyük çəkiyə malikdir. Sosialyönlü tədbirləri də bura əlavə etsək bütövlükdə 7,5 mlrd. manatlıq xərclərdən söhbət gedir. Bu, kifayət qədər böyük rəqəmdir”.



Bunu maliyyə naziri Samir Şərifov deyib.



Nazirin sözlərinə görə, 2019-cu ildə pensiyaların indeksləşdirilməsi gözlənilir:



"Xatırladım ki, bu ilin mart-aprel aylarında dövlət büdcəsində çalışanların əməkhaqqıları artırılıb, eyni zamanda, bütün sosial ödənişlər-təqaüdlər üçün cari il ərzində böyük vəsaitlər ayrılıb. Onu əlavə edim ki, 2019-cu ilin büdcəsində bu xərcləri davam etdirmək üçün 600 mln. manatadək əlavə vəsaiti təmin etməliyik. Burada, o cümlədən pensiyaların indeksləşdirilməsi məsələsi durur. Sosialyönlü xərclərin tərkibinə baxsaq, səhiyyə xərclərinin 42,4%, təhsil xərcləri 11,8%, sosial təminat xərcləri 12,4% artaraq 2,4 mlrd. manata yaxınlaşıb”.



Nazir qeyd edib ki, növbəti ilin büdcəsində investisiya xərclərinin çox hissəsi sosialyönlü investisiya xərcləridir:



"Biz büdcə müzakirələrində etiraf etdik ki, ödənişli oxuyan tələbələrin sayı, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayından çoxdur. İndi biz bu natarazlığı aradan qaldırmalıyıq və qaldıracağıq. Ölkə başçısının xüsusi göstərişi var və artıq gələn ildən dövlət sifarişi ilə oxuyan tələbələrin sayını 20% artıracağıq. Hesab edirəm ki, bu mümkündür və növbəti ildən də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Burada zərif balansın saxlanmasına ehtiyac var. Bir tərəfdən biz çalışmalıyıq ki, dövlət sifarişli proqramlar olsun, digər tərəfdən də elə etməliyik ki, ödənişli təhsildə də müəyyən proseslər baş versin. Çünki özəl müəssisələr var. Xüsusən də universitetlər. Bir sözlə, rəqabət balansı pozulmasın”.



S.Şərifov 2019-cu ilin dövlət büdcəsində sosial ipotekaya 162 mln. manat əlavə vəsaitin nəzərdə tutulduğunu qeyd edib:



"Bildiyiniz kimi, kənd təsərrüfatı sahəsi vergidən azaddır. Növbəti ildən də bu güzəştlər daha 5 il artırılacaq. Həmçinin fermerlərə verilən subsidiyalar isə 50% artırılıb”.



Report


Teqlər:
Bu xəbər cəmi 710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR