Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:59 17/12/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq - Konsepsiya hazırlanır
İlham Əliyev:
Saxta əlilliyə görə ödənilmiş vəsaiti kim qaytarmalıdır? - Sahil Babayev prokurorluğa müraciət etdi / ARAŞDIRMA
Azərbaycanda ən çox hansı icra başçısından şikayət var? - PA rəsmisi adları açıladı
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənistan adlı dövlətin ünvanına bəyanat qəbul edildi – Səməndər Çaxmaqlı BƏYANATI təqdim edir

Ermənistan adlı dövlətin ünvanına bəyanat qəbul edildi – Səməndər Çaxmaqlı BƏYANATI təqdim edir


“Qərbi Azərbaycana, İrəvan Xanlığı torpaqlarına Dönüş” İctimai Birliyi “Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır” mövzusunda tədbir-müzakirə keçirdilər.



Tədbirdə indi “Ermənistan Respublikası “ adlanan dövlətin ünvanına bəyanat qəbul edildi.



İnterpress.az xəbər verir ki, həmin bəyanatda deyilir:



“Ermənistan Respublikası” adlanan dövlətin rəhbərliyinin nəzərinə çatdırırıq ki, qatı cinayətkar Xocalı soyqırımını törədilməsinə birbaşa rəhbərlik etmiş, əslən Dağlıq Qarabağlı, Azərbaycan vətəndaşı olan sabiq dövlət başçı Serj Sarkisyanın hakimiyyəti dövründə müxtəlif vəzifələrə təyin edilmiş, Dağlıq Qarabağ erməniləri və “Ermənistan” a köçmüş mülki ermənilər – Azərbaycan vətəndaşları “Ermənistan” dan kütləvi şəkildə qovulur, təhqir edilir, işgəncə verilir, bütün insani hüquqları tapdalanır. “Ermənistan Respublikası” adlanan cinayətkar dövlətin rəhbərliyinin yadına salmaq istərdik ki, 1828-ci ilin mart ayının 21-də rus qoşunları ilə erməni quldur dəstələri tərəfindən işğal edilmiş, İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində “Müvəqqəti erməni vilayəti” yaradıldı, İrəvan şəhəri sizə “paytaxt” kimi bağışlandı.



Əhalisin76,4%-i Azərbaycan türkləri və müsəlmanlar olan İrəvan xanlığının mövcudluğu dövründə xanlığı idarə edən 49 xanın hamısı azərbaycan türkləri olmuşdur. Bunu bütün erməni tarixçiləri də, təsdiq etmişdir. 1828-ci ildə İran dövlətinə xəyanət etmiş ermənilərin hamısını xəncədən keçiriləcəyi ərəfəsində İranın Marağa şəhərindən 40.000 erməni rusların köməyi ilə Qarabağ xanlarının yaylağı və ovlağı olan Dağlıq Qarabağa köçürüldü. Bu ermənilər 1978-ci ildə köçürülmənin 150 illiyini təntənəli surətdə qeyd etdilər. Ona görə ki, onların ata-babaları sağ qalmış, özləri isə firavan yaşayırdılar. 1928-ci ildən başlayaraq indi “Ermənistan”da yaşayan bütün ermənilər

xarici ölkələrdən köçürülərək, İrəvan xanlığı torpaqlarında məskunlaşmış ermənilərdir.



1828-ci ildə yaradılmış “müvəqqəti erməni vilayəti “ bu gün “Ermənistan Respublikası”-na çevrilmişdir. Həmin ildən başlayaraq bu torpaqlardan vandalizm, terror, zor gücünə 29,8 kvadrat kilometr ərazidən qovulub çıxarılmış mülkü 3,5 milyon azərbaycan türkləri və müsəlmanlar idi. Roma, Bizans, Osmanlı imperatorluqlarından xəyanətə, satqınlığa görə qovulmuş erməniləri Rusiya sahibsiz tula kimi himayəsinə götürmüş, ayrı-ayrı xalqlara, millətlərə qısqırdaraq “fas” dediyi erməni terrorçu, quldur dəstələrinin ipini hələ ki əlində saxlayır. Lakin yaxın zamanlarda Rusiya bu ipi əlindən buraxacaq və o zaman erməni dövləti yer üzündən silinəcəkdir. Siz buna əmin ola bilərsiniz. Tarixlər boyu ermənilərin heç vaxt müstəqil dövləti olmamışdır. Onlar həmişə ayrı-ayrı dövlətlərin ərazisində dövlət qurmaq xəyalında olmuşlar.



Hanı Sizin “Böyük Ermənistan” arzularınız? Bü xülya sabun köpüyü kimi son zamanlar bircə anda yoxa çıxdı. Bütün millətlərə bəla olduğunuza görə indi Qafqaz bölgəsində ermənilərin qovulub çıxarılması müzakirə mövzusudur. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının bir bölgəsidir. Orada yaşayan ermənilər bu gün də Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycanda başqa millətlərlə müqayisədə həmişə yaxşı yaşamışdır. Nə edək ki, nankorluq, xəyanət bütün ermənilərin qanındadır. İndi Siz kimsiniz ki, Qərbi Azərbaycan – İrəvan xanlığı torpaqlarından Azərbaycan vətəndaşları olan “bizim erməniləri”, Dağlıq Qarabağ ermənilərini qovub çıxarırsınız. Hətta yaşadıqları Dağlıq Qarabağda da onları təqib edir, “Şur dvas hayer” (dönmüş, kökünü dəyişmiş ermənilər) adı ilə sıxışdırır və onlara deyirsiniz ki, gedin, yenə də azərbaycanlıların, türklərin himayəsində yaşayın. Azərbaycan xalqı həmişə poğos-petroslara, haykanuş-siranuşlara, bütün mülkü vətəndaşlara müsbət münasibət bəsləmişdir. Siz onların başını aldadaraq qoyun sürüsü kimi uçuruma yuvarlatdınız.



Biz bu gün, bütün Azərbaycan xalqı Dağlıq Qarabağ Muxtar Vilayətinin mülkü əhalisini, milliyətcə erməni olan Azərbaycan vətəndaşlarını cinayətkar erməni-daşnak hökumətinin təzyiq və təqiblərindən qorumağa, pozulmuş insani hüquqlarının bərpa olunmasını müdafiə etməyə hazırdır. Çünki onlar Azərbaycan vətəndaşlarıdır. “Ermənistan Respublikası” adlanan cinayətkar dövləti xəbərdar edirik: Azərbaycan vətəndaşları olan mülki ermənilərin insanın hüquqlarına hörmətlə yanaşaq, bütün cinayətkar əməllərindən əl çəksinlər. Yaxşı bilirsiniz ki, Qarabağ torpaqlarını işğaldan azad etdikdən sonra, Qərbi Azərbaycan, İrəvan xanlığı torpaqları da işğaldan azad edilərək o torpaqların aborigen əhalisi olan azərbaycan türkləri və müsəlmalar da öz dədə- baba yurdlarına köçürüləcəkdir. Bu vaxta qədər törətdiyiniz cinayətlərə görə Azərbaycan xalqına cavab verəcəksiniz.



Zəruri qeyd: Bəyanat ingilis, rus və erməni dillərinə tərcümə edilərək sosial şəbəklərdə

yaymlanmışdır.



Səməndər Çaxmaqlı

“Qərbi Azərbaycana, İrəvan xanlığı torpaqlarına Dönüş” İctimai Birliyinin sədri




Teqlər:
Bu xəbər cəmi 805 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR