Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Nazirlik Oqtay Şirəliyevin istefa tələbinə elə cavab verdi ki... - Açıqlama
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi - Ceyhun Bayramov əmr verdi
Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: “Tanımaq belə istəmirəm…”
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ərdoğan Putinlə çox böyük razılıq əldə etdi: İdlibdə savaş dayandı və... - Soçi görüşündən açıqlamalar

Ərdoğan Putinlə çox böyük razılıq əldə etdi: İdlibdə savaş dayandı və... - Soçi görüşündən açıqlamalar


Bu gün Soçi şəhərində Rusiya prezidenti Putinlə Türkiyəli həmkarı Ərdoğan təkbətək görüşdən sonra mətbuata birgə açıqlamalar veriblər.



Yenimeydan.info xarici mətbuata istinadən xəbər verir ki, ilk çıxış edən Putin son 7 ay içində iki ölkə arasında ticarət dövriyyəsinin 34 dəfə artdığını deyib:



"Bu gün cənab Ərdoğanla çox ətraflı müzakirələr apardıq. Bu il 4-cü dəfə bir araya gəldik. 10 gün əvvəl Tehranda zirvəyə qatılmışdıq. Bugünkü görüşdə ikitərəfli münasibətləri, əlaqələri, aramızdakı ticarətin artmasının detallarını  müzakirə etdik. Bu il 7 ayın içində ticarət dövriyyəmiz 34 dəfə artaraq, 15 milyard dollara çatıb.  Cənab Ərdoğanla hesab edirik ki, ikitərəfli ticarətdə milli valyutamızdan istifadə etməyimiz lazımdır. Bundan başqa, enerji sahəsində strateji layihələri davam etdirəcəyik. Eyni zamanda, Ərdoğanla Türkiyə-Rusiya arasında "turzim ili" üçün hazırlıqları dəyərləndirdik".    



Putin deyib ki, Ərdoğanla Suriya probleminin həlli məsələsini də müzakirə ediblər: "Orada yaşam məsələsinin yaxşılaşdırılması üçün birgə çalışırıq. İdliblə bağlı da birgə işbirliyi içindəyik. İdliblə bağlı cox vacib razılıq əldə etdik. Biz narahatlığımız İdlibdə olan döyüşçülərin xüsusi ilə Hələbə hücum etməsidir. Bundan başqa, rus bazalarına da oradan təhlükələr var. Bu gün bu məsələləri də detallı müzakirə etdik. Və qərar aldıq ki, 15 oktyabra qədər bu bölgə silahsızlaşdırılsın. Əl Nüsra döyüşçüləri bu bölgədən çəkiləcək. Bəli, cənab Ərdoğanın təklifi ilə o bölgədən ağır silahların çəkilməsinə qərar verdik.  Bununla da bütün müxalif qruplar silahlarını oradan çıxaracaq. O bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcəklər".



Putin deyib ki, Suriya ilə bağlı Astana razılaşmasına əməl edəcəklər: "Biz, eyni zamanda, Cenevrə görüşlərinin sürətləndirilməsinə çalışacağıq. Bu gün ortaq, vacib və daimi çabalarına görə türk həmkarıma minnətdaram".



Türkiyə prezidenti Ərdoğan isə deyib ki, bu gün Rusiyada olmaqdan məmnundur: "Başda cənab Putin olmaqla sizlərə minnətdaram. Hazırda bizim iqtisadi sahədə işbirliyimiz uğurla inkişaf edir, ticarət dövriyyəmiz artır...".



Ərdoğan  Suriya məsələsinin Tehranda müzakirə edildiyini xatırladıb və Türkiyənin narahatlığını orada qabartdığını bildirib: "İdliblə bağlı qarşılıqlı narahatlıqlarımız istiqamətində önəmli məsafə qət etdik. Oradakı müxaliflərlə rejimin nəzarətindəki zonada təhlükəsiz bir sahə formalaşdırılacaq. Müxaliflər olduqları yerdə qalacaqlar. Rusiya İdlibin təhlükəsiz bölgəsinə hücum edilməməsi məsələsində gərəkli təminatı göstərəcək. Koordinasiyala patrul xidməti həyata keçiriləcək. Türkiyə müşahidə məntəqələrini artıracaq".



Ərdoğanın sözlərinə görə, İdlibdən böyük bir köçün qarşısına keçməyə çalışırlar: "Bu, Türkiyənin yeni yüklə qarşılaşmaması ilə yanaşı, Rusiya və digər ölkələr üçün də böyük qazancdır. Suriyanın torpaq bütövlüyünə əsl qəsdi edən YPG/PYD-dir. Fəratın şərqindəki terror bataqlıqlarının qurudulması gərəkdir. Biz Afrin və Fərat əməliyyatı ilə addımlar atdıq. Oxşar addımlar YPG/PYD-nin nəzarəıtindəki bölgələrdə də atılmalıdır".


Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR