Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi - Ceyhun Bayramov əmr verdi
Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: “Tanımaq belə istəmirəm…”
London Bakıya qarşı “Arsenal”ını niyə işə saldı? – Şok məqamlar
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səməndər Çaxmaqlının yeni şerləri

Səməndər Çaxmaqlının yeni şerləri
Səməndər Çaxmaqlı


 



Yaxşı ki, itirdim səni!



Gördüyün dağ-dərə, naxır sürüsü,



Sən çanaq əhlisən  özünü öymə. 



Həmişə sızlayıb yumaq olursan



Hərdən kişiləşib sinənə döymə.



 



Gözünün içinə baxanda sənin,



Qəlbindən keçənlər bəyandır mənə.



Pələngə dönürsən yeri gələndə,



Ancaq pişikliyin əyandır mənə.



 



Deyirsən, söz açma etdiklərimdən,, ,



Qanmaza dərə də, düz də bir olar.



Adam var, “altuna” kor kimi baxar,



Adam var  bir şahı ona yüz olar.



 



“Keç başa!” həmişə ötürdüm səni,



Əməlin adıma necə ar gəldi…



Yaxşı ki, vaxtında itirdim səni,



Ürəyim dincəldi, gözüm dincəldi.



 



 



 



 



 



 



 



 



Ay sağalmaz dərdim mənim!..



Niyə xəncərini çəkdin üstümə,



Ay sağalmaz dərdim mənim?



Elə bil inadla girdin qəsdimə,



Ay sağalmaz dərdim mənim!



Ömrümə dağ oldun, günümə qənim,



Bilmədim, əlindən harda gizlənim.



Gör, necə sevindi qarı düşmənim,



Ay sağalmaz dərdim mənim!



Gündüzlər əylənib, sevindim, güldüm,



 Səni xəyalımdan itirdim, sildim.



 Gecələr min dəfə ölüb - dirildim,



Ay sağalmaz dərdim mənim!



 



Mən necə unudum sözlü dərdimi,



Ömrümə od vurmuş közlü dərdimi,



Dünyadan gizlənmiş gizli dərdimi,,.



Ay sağalmaz dərdim mənim!



 



Bilmədim, nə edim, haraya gedim,



Hansı əzabıma bir çarə edim,



Ağrı-acılara məlhəm görmədim.



Ay sağalmaz dərdim mənim!



Kəsdin qollarımı, əlimi gödək,



Sən etdin həyatda yolumu gödək,



Gör necə eylədin dilimi gödək,



Ay sağalmaz dərdim mənim!



Elə bil hər şeyi vermişəm bada,



Axirət, aqibət-heç düşmür yada,



Belə də dərd olar, dərddən ziyadə,



Ay sağalmaz dərdim mənim!



İblis xislətini görəndi



Tanrı Şeytanı hər yola sürəndi



Tanrı Dərdi dərd çəkənə verəndi



Tanrı Ay sağalmaz dərdim mənim!



Həyatın mənasın yaşamaq bildim,



Ağrıdan əzildim, kədərdən güldüm,



Səninlə yaşadım, səninlə öldüm,



Ay sağalmaz dərdim mənim!...



 



 



 



 



 Bu murdar erməni



         



Keçmişini salıb yada uladı,



“Qoca qurdlar” ətəyini yaladı,



“Pələng” kölgəsində hürən tuladı,



 Bu tülkü erməni - haydı, düşməndi.



Əməli, təməli zaydı, düşməndi!



Vücudu özgənin, başı özgənin,



Çörəyi özgənin, aşı özgənin,



Torpağı özgənin, daşı özgənin,



Bu quldur erməni - haydı, düşməndi,



Əməli, təməli zaydı, düşməndi!



Tökdüyü göz yaşı, naləsi yalan,



Diridən diridir, nəfəsi yalan,



Tutulub azara, çarəsi yalan,



Bu çaqqal erməni - haydı, düşməndi,



Əməli, təməli zaydı, düşməndi!



Avazı özgənin, sözü özgənin,



Ocağı özgənin, közü özgənin,                     



Getdiyi cığırı, izi özgənin,                     



Bu xəbis erməni - haydı, düşməndi,                 



Əməli, təməli zaydı, düşməndi!



Dar gündə bucaqda kiriyən quldur,



Özgə qucağında əriyən quldur,



Namərdə, nakəsə “can” deyən quldur,



Bu murdar erməni - haydı, düşməndi,



Əməli, təməli zaydı, düşməndi!



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



Ay axmaq !



Tanrı verib ömür sənə.



Onu sevib yaşa hələ,



Uyub şeytan əməlinə,



Abrını atma, ay axmaq!



 



İşin düşsə qul olursan,



Necə nimdaş cul olursan,



Bir ovucluq kül olursan,



Mənliyini satma, ay axmaq!



 



Gözünə baxıram ürəyin bəlli,



O gizli əməlin,kələyin bəlli.



Zəhərə qatılmış çörəyin bəlli,



Hər günaha batma, ay axmaq!



 



Yığılıb boğaza əhli-əyalın,



Çərlədib dövrəni bu qeylü-qalın,



Gəzirsən dünyanı “ayağı yalın”,



Qayadan uçmağa çatma ay axmaq!



 



Cumuşub canına köləlik, qulluq



Bilmirsən nə şeydir dili uzunluq,



Ölüdən ölüsən elə bir yolluq,



Şeytanın əlindən tutma, ay axmaq!



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



              Sən



 



Kasıblığın atıb daşın,



Kişiləşdin bircə anda.



“Özündə bəy” varmı sənin,



Ya kökündə, ya zatında?



 



Niyə düşdün haldan-hala,



Bir baxmadın sağa-sola,



Qanad açıb, nə tez, bala,



Göyə uçdun sən az qala!



 



Ulu dildə yaxşı söz var:



Naqis adam gəlməz kara,



“Görməmişə heç yaraşmaz



Nə şərafət, nə pul-para”.



 



...İndi sənin öz papağın,



Geyinməyə “çul-çuxan” var.



Yurd seç ərən arasında



Uçurumda tutma qərar!



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



Xəcalətin bəsimdi, a bəy



 



Sən bilə bilməzsən el harayını,



Mehin mehliyini, yel harayını.



Çeşmə sızıltısı, sel harayını,



Mizraba çəkilən tel harayını,



Sənin xəcalətin bəsimdi, a bəy!



 



“Böyüklər” yanında quyruq bulayıb,



“Kiçiklər” önündə xoruz olursan.



Ulduza hürüyüb, aya ulayıb,



Hərdən cilvələnib tovuz olursan,



Sənin xəcalətin bəsimdi, a bəy!



 



Pula dədə deyib, altuna ata,



Xəzinə yaratdın yurd sata-sata.



Ləkəsən nəsilə, kökə, soyada,



Üzürsən qan göldə hey bata-bata,



Sənin xəcalətin bəsimdi, a bəy!



 



Bildiyin nəzakət “Siz”in üstədir,



Etdiyin qalmaqal izin üstədir,



Mərhəmət bildiyin “közün” üstədir,  



Kəsdiyin çörək də dizin üstədir,



Sənin xəcalətin bəsimdi, a bəy!



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



Gəl ağlını yığ başına



 



Подпись: \

Fürsət düşüb zaman səndə,



Xəncər səndə, divan səndə.



Heç qalmayıb iman səndə,



Rəvac vermə boş başma,



Gəl, ağlını yığ başına!



 



Ərşə çıxıb hay-harayın,



Adamlıqda yoxdur payın,



Tövlədədir sənin tayın,



Şıllaq atma sirdaşına,



Gəl, ağlını yığ başına!



 



Zaman vardı kölə idin,



Bir qoşquluq kələ idin,



Hər ağaya “belə” idin,



Arxalanma daşbaşına,



Gəl, ağlını yığ başına!



 



Qabalığın gəlməz saya,



El saxlayır abır, həya,



Kim qoşulsun “çal danaya”?



Zəhər qatma el aşına,



Gəl ağlını yığ başına!



 



Sağsan,adın çəkiləcək,



“Köhnə koman” tikiləcək.



Öldün, gorun söyüləcək,



Hörmət elə baş daşma,



Gəl, ağlını yığ başına!



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



              Sənə deyirəm



 



Hərdən şıltaqlığım həddini aşdı,



Baxmadım hər kəsin nəsihətinə



Səndən də acı söz gözlədim, ancaq,



Bir küskün baxışın bəs oldu mənə.



 



Bir şirin duyğuya dönüb qəlbimdə



Hər sözün, söhbətin, hikmətin sənin.



Çox tənə eşitdim, az oldu karı ,



Kövrəltdi bir yüngül töhmətin sənin.



 



Bir ömür bəxş etdin, bir ömür mənə,



Min ömür dəyəri duyuram hər an.                     



Hər dəfə həyatda büdrəyən zaman,



Sözün, nəsihətin tutur qolumdan.



 



Deyirdin bir parça çörəyin olsa,



Fəqir-füqaraya, kasıba yara.



Pisə də pis demə pisləşir dünya,



Pisin də bir yaxşı əməlin ara.



 



Deyirdin hər işdə verin əl-ələ,



Sizi aldatmasın vəzifə, şöhrət,



Dünyanın hər şeyi gəldi-gedərdi,



Gözə də ağ salar varidat, sərvət.



 



Deyərdin ədalət atılıb ayaq altına,



Ağsaqqal sözündə kəsər qalmayıb.



Axmağın getdiyi yol da “gözəldir”



Ağıllı sözündən əsər qalmayıb.



 



İndi buludların yağan çağıdır,



Günəşin könülsüz doğan çağıdır,



Pişiyin aslan boğan çağıdır,



Tanrı dərgahından nəzər qalmayıb.



 



Deyirdin böyüklər böyüklüyünü,



Kiçiklər yolunu gözləsin gərək!...



Sıra pozulanda, yer dəyişəndə,



Kimin hikmətini kim dinləyəcək?



 



Pozulub sərrafı durna qatarın,



Hikmətin, məramın sözündə qalıb.



Varlığın bir dünya, özün bir dünya,



Yoxluğun hamının gözündə qalıb.



 



Bir loğman olsaydım, min bir çiçəkdən,



Yüz ömür çələngi hörərdim sənə.



 Bilsəydim dünyaya sən dönəcəksən,



Ömrümü, günümü verərdim sənə.               



   Səməndər Çaxmaqlı



 


Teqlər:
Bu xəbər cəmi 1980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR