Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi - Ceyhun Bayramov əmr verdi
Mübariz Mənsimovdan Əli İnsanov açıqlaması: “Tanımaq belə istəmirəm…”
London Bakıya qarşı “Arsenal”ını niyə işə saldı? – Şok məqamlar
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qan qrupu haqqında bilməli olduğunuz MARAQLI FAKTLAR

Qan qrupu haqqında bilməli olduğunuz MARAQLI FAKTLAR
Dörd qrup qan var və onlara əsasən insan orqanizmi haqqında çox maraqlı məlumatlar öyrənmək olar.


Publika.az bu yazıda oxucuları qan qrupu haqqında bilməli olduğu faktlarla tanış edib. Bu məlumatlar sizə orqanizminizi daha yaxından tanımağa kömək edəcək.



1. Faydalı məhsullar



1-ci qan qrupu: Ət, balıq və tərəvəz. Süd məhsulları, emal edilmiş qidalardan imtina edin.



2-ci qan qrupu: Vegetarian yeməklər, balıq, toyuq və yoqurt. Paxlalı, kəskin məhsullar və qəhvədən uzaq olun.



3-cü qan qrupu: Süd məhsulları, mal əti, balıq, tərəvəz və çay. Alkoqollu içkilərdən və konservi məhsullarından istifadə etməyin.



4-cü qan qrupu: Təzə, ekoloji cəhətdən təmiz məhsullar. Enerjinizi tükədən qızardılmış yeməkdən imtina edin.



2. Şəxsiyyət tipi



1-ci qan qrupu: Praktik, inadlı, diqqətli, həssas.



2-ci qan qrupu: Rəhmli, mütəşəkkil, təsiredici, lider.



3-cü qan qrupu: Meditativ, çevik, mehriban, nəticəyə köklənən.



4-cü qan qrupu: Ağıllı, sakit, güclü, liberal.



3. Stress reaksiyası



1-ci qan qrupu: Alovlu qəzəb genetik ötürülür. Vizual mənzərələr və xoş bir şeyin görüntüsü sakinləşməyə kömək edir.



2-ci qan qrupu: Yüksək həssaslıq, stressdən çıxmaq üçün çox vaxt tələb olunur. Çoxlu içki sakitləşməyə kömək edəcək.



3-cü qan qrupu: Əsasən sakit, lakin bəzən emosiyalara nəzarət etmək mümkün olmur və siz özünüzdən çıxırsınız. Asta-asta nəfəs almaq daxili harmoniyaya qayıtmağa kömək edəcək.



4-cü qan qrupu: Stressin öhdəsindən çox yaxşı gəlirsiniz, tarazlığınızı pozmaq olduqca çətindir. Fəallıq və fiziki yükləmələr gərginliyi aradan qaldırmağa kömək edir.



4. Kökəlmə səbəbləri



1-ci qan qrupu: Qeyri-müntəzəm qidalanma artıq piylənməyə gətirib çıxarır.



2-ci qan qrupu: Ət və şirniyyat məhsulları bədəndə yağ toplanmasına səbəb olur.



3-cü qan qrupu: Çörək və qızardılmış yeməyi pis həzm edir.



4-cü qan qrupu: Hərəkətsizlik.



5. Rezus faktoru



Əhəmiyyətinə görə qan qrupunun rezus faktoru (RH) müsbət və ya mənfi ola bilər.



Müsbət rezus faktorunda D-antigen var, mənfidə isə yoxdur.



Əgər ananın qanı mənfi, atanın müsbətdirsə, onda müəyyən fəsadlar törədən təhlükəli rezus yaranır.



Hemolitik xəstəlik - eritrositlərin dağılması;



Dölün eritroblastozisi - fetusda inkişaf etməmiş eritrositlərin istehsalı.



Düzgün müalicə və müəyyən profilaktik tədbirlər hamiləliyi qorumağa kömək edir. Qadın hamiləliyin 28-ci həftəsində və uşağın doğumundan sonra 72 saat ərzində anticisimlərin inkişafının və onların uşağa keçməsinin qarşısını almaq üçün qan plazması inyeksiyanı etmək lazımdır.



6. Qan qrupları üzrə uyğunluq



1-ci qrup 1-cidən qan qəbul edə bilər, lakin hamı üçün universal donordur.



2-ci qan qrupu 2-ci və 1-ci qrupdan qan ala bilər, 2-ci və 4-cü qrup üçün donor ola bilər.



3-cü qrup 3-cü və 1-ci qrupdan qan qəbul edir, habelə 3-cü və 4-cü qrup üçün donor ola bilər.



4-cü qrup qan vermək üzrə universaldır, lakin ona yalnız 4-cü qrup donor ola bilər.



7. Plazma üzrə uyğunluq



4-cü qrup plazmanı yalnız 4-cü qrupdan ala bilər və istənilən qan qrupu üçün də universal plazma donorudur.



2-ci qan qrupu 2-ci və 4-cüdən ala bilər, amma yalnız 2 və 1 üçün donor ola bilər.



3-cü qrup 3-cü və 4-cüdən ala, 3-cü və 1-ci qan qrupu üçünsə donor ola bilər.



1-ci qrup da universaldır, bütün qruplardan ala bilir, amma plazmanı yalnız 1-cə qrupa verə bilər.


Teqlər:
Bu xəbər cəmi 2735 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR