Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Hökumət qərar verdi: bəzi məhsulların gömrük rüsumu qalxacaq, bəziləri azalacaq - Detallar
İcra Hakimiyyətinin yalanı ifşa oldu-
23 bələdiyyə haqqında materiallar istintaq orqanlarına göndərilib - Zahir Əlizadə
YAP rəsmisindən sərt açıqlama —
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yağışdan çıxmamış, yağa düşdük

Yağışdan çıxmamış, yağa düşdük
Raminə Eyvazqızı


Anam nəql edir ki, rəhmətlik əmisinin bir xasiyyəti olub. Göstərişi sevən kişi imiş. Evinə nəsə alanda reklam edirmiş. İmkanı Sovetin keçməkeşli vaxtlarına görə pis deyilmiş. Evi təpəlikdə olan əmisi arada uzun bığlarına yağ çəkərmiş, parıltıdan uzaqdan baxanda bilinirmiş ki, evin kişisi yağlı nəsə  yeyib. Gün batana kimi, məhəllə kişilərinə "arvad qəşəng yağlı aş bişirmişdi"deyə qürurlanırmış.



Yağışla savaşa-savaşa Günəşi qaytardıq. İndi isə yağışdan çıxmamış yağa düşdük. Hərdən elə gəlir ki, bu zəncirvari sosial problemleri kimsə qəsdlə yaradır ki, başımız qarışsın. Axı xasiyyətimizi bilirlər, tutaq ki, yağışdan sonra yol çökdü, maşınlar qaldı su altında, evləri su basdı, Bakının küçələri keçilməzə döndü, günlərlə öz-özümüzə danışacağımız mövzulardır. Bakı yiyəsinə heç maraqlı deyil, əli yağda-balda olan, yağlı cümlələrlə bizə sığal çəkən Hacıbala müəllimin ətrafdakıları görməməzliyi artıq təəccüb də doğurmur. 



Günümüz yağlı vədlərə aldana-aldana piştaxtalarda, market soyuducularında yağın qiymətini soruşa-soruşa keçir. Bir müddət idi, camaat diyet xəstəliyinə tutulmuşdu, mənşəyi məlum olmayan qarğıdalı yağına dadanmışdı. Hamı elə bilirdi, yağlı yeməkdən kökəlir, amma düşünən yoxdu ki, bəs qoyun yediyi yaşıl otla necə yağlanır? Deməli, yağlanmaq üçün yağ yemək səbəb deyil. Sonra alimciyəzlər bəyan etdilər ki, kərə yağını əksik etməyin. Ardınca yağlanmağı vecinə almayan camaat bişirdiyi xörəyini duru yağdan uzaqlaşdırdı. İndi bir neçə gündür, yağın qiyməti elə həddə çatıb ki, gizlincə baş verən bahalaşmaların eybini ortaya çıxarıb. 



Alıb yeyəni yenə varmı? Var. Səsini çıxaran kimdir? Daha çox satanlar, tacirlər. Satanlar monopoliyadan, gömrükdəki ayrıseçkilikdən danışırlar, Dövlək Gömrük  Komitəsi deyir ki, bizlik deyil. Biz işimizdə həmişəki adamlarıq. 



Bu lap "səndə, məndə" oyununa bənzəyir.  Dünya Bazarını yenə günah keçisi etdilər. Belə ki, dünya bazarındakı yağ məhsulunun bahalaşması səbəbindən ötən il 1 kq yağ 3,39ABŞ dollara, bu il isə eyni kilo 4,28 dollara rəsmiləşdirilib. Maşallah, ölkəyə də az qala Afrikadan yağ gətirilmir, onun da səbəbi məlumdur.  Market vitrinlərində yağların çeşidi o qədər çoxdur ki, adam bu yağın nədən hazırlandığnı belə düşünməyə artıq tənbəllik edir. 



Palma yağı deyə-deyə yağ yaxmac yeyənlərin artıq bu məsələ vecinə də deyil. Axı yumurtası, düyüsü, qəndi saxtalaşdırılan bazarın yağı orqanik olsa nə dəyişəcək ki? Əsas odur, Kənd Təsərrüfatı Nazirliyinin işçiləri təmiz nehrə yağından vursun bədənə. Əsas odur, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məhsullara tezbazar vurduğu  möhürləri yağlı olsun. Yediyimiz yağ zəhər olsa belə. Bir qrupumuz isə yenə də həftənin bir günü kənddən şəhərə gələn dağ kişilərinin təmiz məhsulunu gözləyib alaq. Əcəbik, düşmən-yağı ilə mübarizə etməli olduğumuz halda düşmüşük qarın, mədə dalınca. Bu bizə rəvadırmı?  



 

Teqlər:
Bu xəbər cəmi 190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR