Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Hökumət qərar verdi: bəzi məhsulların gömrük rüsumu qalxacaq, bəziləri azalacaq - Detallar
İcra Hakimiyyətinin yalanı ifşa oldu-
23 bələdiyyə haqqında materiallar istintaq orqanlarına göndərilib - Zahir Əlizadə
YAP rəsmisindən sərt açıqlama —
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Testə qəbir qazmayın!

Testə qəbir qazmayın!


Dünya Sakit



Bu il biz “birinci test”lərin universiteti bitirməyimizin 20 ili tamam olur. Bir neçə müddət əvvəl tələbə yoldaşlarımızla qısa müzakirə apardıq – yığışıb bu ildönümünü qeyd etməklə bağlı. Xaricdə olan yoldaşlarımızdan bəzilərinin də iştirak etdiyi müzakirələr elə müzakirə olaraq qaldı, heç toplaşmağa təşəbbüs edən də olmadı sonra...



Bizi hamı “birinci testlər” adlandırırdı – 1992-ci ildə test üsulu ilə ali məktəbə qəbul olanları nəzərdə tuturam. Bakı Dövlət Universitetində bu adı qoymuşdular bizə, bəzi müəllimlərimiz hətta “nübar olaraq qalacaqsınız” deyirdilər. Böyük həsrətlə test üsulunun ləğvini gözləyirdilər o müəllimlər. Testin tətbiqi ilə çox böyük qazancından məhrum olduğunu açıq şəkildə dilə gətirəni də olmuşdu. Semestr imtahanlarında ciddi təzyiqlər edirdilər bizə, bir “zaçot”u yazmaq üçün onlarla sual verirdilər. İş o yerə çatdı ki, BDU-nun o vaxtkı prorektoru Misir Mərdanov bir-bir auditoriyaları gəzib, müəllimlərə bizi incitməmələrini tapşırdı. Təəssüf ki, onun bizim qrupa gəlişi mənim üçün gec oldu – semestrin ilk imtahanından “5” almışdım, ikinci imtahanda sifəti indi də yadımdan çıxmayan müəllim bütün suallara cavab verməyimə rəğmən, dişimin kökündə yaranan şişi konfet adlandırıb, “sən konfet yeyirsən belə, məni saymırsan?” deyərək “4” yazmışdı. Bu, əlaçı olub, əlaçı təqaüdü almaq ümidimin üstündən xətt çəkmişdi - həmin vaxt Milli Ordu sıralarında olan atamın mənə vaxtlı-vaxtında pul göndərməyə heç də həmişə imkanı olmurdu. 



Test üsulu ən böyük arzusu ali təhsil almaq olan mənim kimi on minlərlə gənci əvvəllər qeyri-real görünən xəyalına qovuşdurub. Məndən böyük 2 bacım 3-4 il dalbadal Tibb Universitetinə qəbul olmağa çalışmışdılar – gecə-gündüz demədən oxuyub hazırlaşırdılar. Bütün rayon onların nə qədər yüksək səviyyədə hazırlıqlı olduqlarını bilirdi. Amma qəbuldakı korrupsiya üzündən onlar arzularına çata bilmədilər, tamam fərqli sahələrə üz tutdular. Onları həkim görmək arzusu gözündə qalan atam inamını o qədər itirmişdi ki, məni test imtahanına gətirmək belə istəmirdi. Hətta Qazağa qəbul olmaq istədiyim ixtisasları yazmağa bir şərtlə apardı ki, hüququ yazmayacam. Yazıq kişinin gözü bacılarımda elə qorxmuşdu ki, hüququ yazarsam, məni heç bir yerə düşməyə qoymayacaqlarını zənn edirdi. Elə buna görə də məni imtahana özü gətirmədi...



Günü yadımda qalmasa da, 1992-ci ilin dekabr ayının qarlı günündə atamın məktəbdən qayıdıb həyətdəncə “Dünü hanı, atası qurban olsun ona” deyə səslənməyini eşitdim. Bayıra çıxıb onun gözlərindən axan yaşı gördüyümdə keçirdiyim hisslər bir ömür yadımdan çıxmayacaq – qəbulun nəticələrinin açıqlandığını eşitmişdik, amma cavab olan nəşr hələ rayonumuza gəlməmişdi. Atama mənim qəbul olduğumu müəllimlərdən biri Bakıdakı bacısından öyrənərək xəbər vermişdi...



Bütün bunları xatırladıqca OXUMAQ arzumun gerçəkləşməsinə vəsilə olan bir üsulun aradan qaldırılacağını düşünmək ağrıdır, həm də vahimələndirir. Çünki indi mənim ən böyük arzum övladlarımın ali təhsil alması, yaxşı bir mütəxəssis olmasıdır. Test üsulunun ləğvi bu arzumu çox böyük sual altına alır – reallıq budur ki, bizim ölkəmizdə canlı təmasın tələb olunduğu müsabiqə-qiymətləndirmədən ədalətli nəticə gözlənilən deyil. Subyektivliyin, özü də maddi maraqlara dayanan subyektivliyin olacağı bir qəbul üsulu yaradılacaqsa, övladlarımızı ali təhsilli görmək arzumuz elə arzu olaraq qalacaq – bu, birmənalıdır. Qabiliyyət imtahanları ilə bağlı vəziyyət bunun isbatıdır.



Bu üzdən övladının gələcəyini düşünən hər bir valideyn kimi test üsulunun qalmasını istəyirəm. Və inanmaq istəyirəm ki, eyni mövqedə olan milyonlarla insanın rəyi nəzərə alınacaq...



 

Teqlər:
Bu xəbər cəmi 305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR