Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:32 09/10/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Nazir bölgələrə mətbuat xidməti təyin etdi
Nömrələrdəki defis necə silinib? - Polisin qərarı qalmaqal yaratdı
Polis sürücüyə `hesabat` verməlidirmi?
ABŞ Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqləyib
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisindən “apteçka” açıqlaması - Ajiotajdır, heç bir reyd keçirilmir

Yol polisindən “apteçka” açıqlaması - Ajiotajdır, heç bir reyd keçirilmir


Son günlər mediada və sosial şəbəkələrdə avtomobillərdə dərman qutularının olmamasına görə xüsusi reyd keçiriləcəyi və “apteçka”sı olmayanların kütləvi şəkildə cəzalandırılacağı barədə məlumatlar yayılıb. Hətta tələb olunan dərman vasitələrinin də siyahısı yayımlanıb.



Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, son günlər mediada yayılan məlumatlar süni formada yaradılan ajiotajdır: “Dərman qutusu, qəza dayanma nişanı və yanğın söndürən balonun avtomobildə olması mütləqdir. Bunların olmaması nəqliyyat vasitəsinin istismarının qadağan olunmasına səbəb olan çatışmazlıqlardır. Bu vasitələr sürücünün özünə lazımdır. Qeyd olunan ləvazimatlar da nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi zamanı yoxlanılır.



Son bir neçə gündə bu məsələnin gündəmə gətirilməsi, yol polisi tərəfindən xüsusi reyd keçirilməsi barədə yayılan məlumatlar isə anlaşılmazdır. Yol polisi bununla bağlı heç bir xüsusi reyd keçirməyəcək. Saxlanılan sürücü dərman qutusunun olmadığına görə cərimə oluna bilər. Amma bu qanun 1998-ci ildən qəbul olunub və bu il də qanuna uyğun olaraq icra ediləcək. Ötən il necə idisə, bu il də elə olacaq. Heç bir yenilik yoxdur. Bu ajiotajın məqsədli şəkildə kimlər tərəfindən yaradılması məlum deyil”.



“Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bu məsələnin dərman qutularının satışı ilə məşğul olan işbazlar tərəfindən süni şəkildə gündəmə gətirildiyini deyib: “Bu məsələdə mediadan çox məharətlə istifadə etdilər. Əslində dərman qutusunun avtomobillərdə olması qaydaları ilə bağlı, cərimə məsələsində heç bir yenilik yoxdur. İşbazlar media vasitəsilə ajiotaj yaradıb külli miqdarda satış etdilər. Məndə olan məlumata görə, 20 gün öncə 5 manata olan və heç kimin almadığı dərman qutusu bu gün 40 manata satılıb. Bu sadəcə çox yaxşı hazırlanmış piar kampaniyası idi və mediadan da necə oldusa, məharətlə istifadə etdilər. İlk məlumatın hardan çıxdığı da bəllidir. Məqsədli şəkildə də sosial şəbəkəyə atıb orada yaydılar”.





Ekspert yayılan dərmanların siyahısının da mötəbər olmadığını bildirdi: “Siyahıya da şübhəm var. Çünki o siyahı Səhiyyə Nazirliyinə aid rəsmi mənbəyə istinadən yayımlanmayıb”.



Ərşad Hüseynov qeyd edib ki, 2016-cı il başlayandan sonra yol polisi tərəfindən heç bir xüsusi reyd keçirilməyib: “Tam məsuliyyətlə deyirəm ki, heç bir reyd keçirilməyib. Xüsusi reyddən söhbət gedə bilməz. Dərman qutusunun avtomobildə olmamasına görə 3 manatdan 5 manatadək cərimə nəzərdə tutulur. “Apteçka”da nəzərdə tutulan dərmanlardan biri də olmasa, yenə də cərimə düşür. Təklif olunub ki, bu cərimə 10 manat olsun. O da əgər qəbul olunarsa, may ayının 1-dən qüvvəyə minəcək. Hələ bu təklif qəbul edilməyib”.



Ə.Hüseynov deyib ki, yanğın əleyhinə olan balonlara görə cərimə olunması da süni ajiotajın nəticəsi idi: “Çünki qanunvercilikdə bununla bağlı boşluq var. Yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yoxlamaq və cərimə yazmaq Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinə aiddir. Dövlət yol polisinin bununla bağlı heç bir səlahiyyəti yoxdur, heç protokol da yaza bilməz. Fövqəladə Hallar Nazirliyinin də postda, yolda avtomobili saxlatdırmaq səlahiyyəti yoxdur. Beləliklə, bu cəriməni sürücüyə tətbiq etmək mümkünsüz olur. Bu da qanundakı problemdən qaynaqlanır”.



Ekspert bilidirib ki, qəza dayanma nişanının da avtomobildə olması məcburidir, lakin buna görə də qanunvericilikdə cəza nəzərdə tutulmayıb.



Dövlət Yol Polisi İdarəsindən isə “Qafqazinfo”ya bildirilib ki, yanğın əleyhinə olan balon və qəza dayanma nişanının olub-olmamasına nəqliyyatın texniki vəziyyətinin yoxlanılması zamanı nəzarət edilir. Bu da İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulur. Yanğın balonları və qəza dayanma nişanı həmin maddəsinin 2-ci bəndinin 1-ci hissəsində qeyd olunan “konstruksiyanın digər ünsürləri”nə aiddir.



Qeyd edək ki, həmin maddəyə görə qaydaların pozulması 150 manat cərimə ilə nəticələnir. Yanğın əleyhinə balon və qəza dayanma nişanı olmazsa, sürücü 150 manat cərimələnə bilər.



Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, sözügedən siyahı nazirliyin rəsmi saytından götürülüb.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR