Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bakı metrosunda kütləvi ixtisarlar - 230 NƏFƏR İŞSİZ QALDI
Hökumət qərar verdi: bəzi məhsulların gömrük rüsumu qalxacaq, bəziləri azalacaq - Detallar
İcra Hakimiyyətinin yalanı ifşa oldu-
23 bələdiyyə haqqında materiallar istintaq orqanlarına göndərilib - Zahir Əlizadə
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisindən sürücülərə gülməli «surpriz» – 60 manat cərimə - FOTOLAR

Yol polisindən sürücülərə gülməli «surpriz» – 60 manat cərimə - FOTOLAR
Asfaltdakı nişan deyir «sola dönmək olar», yuxarıdakı nişan deyir «giriş qadağandır», yol polisi də yazır


Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı hərdən elə mənzərə ilə rastlaşırıq ki, bilmirsən güləsən, yoxsa ağlayasan. Özü də bəzən bu cür vəziyyət Bakının tən ortasında yarananda adamı lap dəhşət bürüyür. Doğrudanmı, bunu görmürlər? Doğrudanmı, 21-ci əsrdə yol polisi sürücülərə qarşı bu cür oyunlar qurur? Doğrudanmı, bu boyda həngaməni görüb yığışdıran yoxdur?



O biri suallara cavab tapmasaq da, sonuncu sualın cavabını bilirik. Bəli, yol polisinin bu dəfə təqdim etdiyiimiz nöqsanla bağlı məlumatı var. Ən azından, həmin ərazidə xidmət aparan yol polisləri bunu çox gözəl bilirlər və bəzən planı doldurmaq üçün növbə ilə həmin ərazidə dayanıb 1-2 protokol yazandan sonra yerlərini dəyişirlər.



Avtosfer.az-ın çəkiliş apardığı budəfəki ərazi Üzeyir Hacıbəyli küçəsidir. Hökumət Evinin arxa tərəfi ilə hərəkət edən zaman svetofora çatmağa 100 metr qalmış ən soldakı zolaq üzərində sola dönməyə icazə verən nişan çəkilib. Sürücü həmin nişana əsaslanaraq sola dönür və yol polisi tində durub onu qarşılayır. Salam-sağoldan sonra yol polisi sürücüyə izah edir ki, bura giriş qadağandır. Bəli, həqiqətən də yoldakı nişana əsaslanıb sola dönərkən bir də baxıb görürsən ki, qarşında «Giriş qadağandır» və «Dayanma-durma qadağandır» nişanları var. Burada vəziyyət elədir ki, sola dönənə qədər «Giriş qadağandır» nişanını görmək olmur. Yalnız döndükdə, qaydanı pozduqda nişanı görmək olur. Bu halda artıq gec olur və yol polisi İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsini əsas tutaraq 60 manat cərimə tətbiq edir. Hansı ki, burada yerdəki nişanlı göydəki nişan eyni vaxtda görünmür. Üstəlik, yerdəki nişanlı göydəki nişan arasındakı ziddiyətə görə sürücü məsuliyyət daşımamalıdır. Məsuliyyəti elə orada gizlənib plan dolduran yol polisləri daşımalıdır. Çünki «Yol patrul xidməti haqqında» Təlimatda qeyd olunur ki, yol patrul xidməti inspektoru dislokasiya üzrə təyin olunduğu ərazidəki yollarda çatışmazlıqları qeyd etməli, dərhal və ya işi başa çatdırıb növbəni təhvil verərkən öz raportunda bunları qeyd etməlidir. Amma uzun müddətdir şəhərin mərkəzi küçəsində belə bir ziddiyətli vəziyyətə görə yüzlərlə sürücüyə protokol yazan inspektorlar nədənsə bu çatışmazlığı qeyd etmirlər. Ya öz vəzifələrini düzgün bilib icra etmirlər, ya da qayda-qanundan xəbərsiz sürücüləri cərimələməkdən zövq alırlar. 



Bu ərazidəki «Giriş qadağandır» nişanı ilə birlikdə tətbiq olunan «Dayanma-durma qadağandır» nişanı isə gülməli mənzərə yaradır. Adama deyərlər, bir yerə ki, giriş qadağandır, deməli, ora girmək olmaz. Olmazsa, deməli, dayanmaq da olmaz. Yəni, ora girən olmayacaqsa, kim dayanacaq? Odur ki, bu iki nişanın birlikdə tətbiqi bir qədər gülünc görünür. Bu təxminən belə məna verir ki, meşəyə girmək qadağandır, paltarlı da, paltarsız da…



Daha vacib bir məqamı da qeyd edim ki, həmin əraziyə girənlər də var, girib dayananlar da, duranlar da. Hamısı da AA, AS seriyalı bahalı avtomobillərdir…



Cənablar, giriş qadağandırsa, hamıya qadağandır, bacarmırsınızsa, camaatı ələ salmayın. Yolları, nişanları qaydaya salın və hamıdan da eyni şeyi tələb edin. 


Teqlər:
Bu xəbər cəmi 1325 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR