Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bakı metrosunda kütləvi ixtisarlar - 230 NƏFƏR İŞSİZ QALDI
Hökumət qərar verdi: bəzi məhsulların gömrük rüsumu qalxacaq, bəziləri azalacaq - Detallar
İcra Hakimiyyətinin yalanı ifşa oldu-
23 bələdiyyə haqqında materiallar istintaq orqanlarına göndərilib - Zahir Əlizadə
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mehriban Əliyevanın tələbəlik illəri- Müəllimləri danışdı+Fotolar

Mehriban Əliyevanın tələbəlik illəri- Müəllimləri danışdı+Fotolar


Azvision.az Azərbaycanın birinci xanımı, Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Tibb Universitetinin tələbəsi olduğu illərə işıq salmağa çalışıb. 



 



Qafqazinfo”nun məlumatına görə, Mehriban Əliyevanın təhsil aldığı Azərbaycan Respublikası Tibb Universitetində onun müəllimi olmuş şəxslər Birinci Xanım ilə bağlı xatirələrini bölüşüblər. İlk müsahibimiz Azərbaycan Respublikası Tibb Universitetinin İnsan Anatomiyası kafedrasının müdiri, tibb elmlər doktoru, professor, əməkdar elm xadimi, Rusiya T.E.A.-nın üzvü Vaqif Şadlinski oldu. 



…Professorun kabinetinə daxil olarkən stolunun üstündə olan qədim kitab diqqətimizi özünə cəlb etdi. Kitab çox böyük idi. Professordan onun nə kitabı olduğunu soruşduq. O, bunun 1919-cu- ildən bəri tələbələrin imtahan qiymətlərinin qeyd olunduğu tarixi qiymət kitabı olduğunu söylədi. Və rəhbəri olduğu kafedranın vaxtilə tələbəsi olmuş Mehriban Əliyevanın imtahan qimətlərini də əyani şəkildə nümayiş etdirdi: “Mən 1970-ci ildən Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasında işləyirəm. Mehriban xanım tələbə olduğu zaman mən Xarkov şəhərində olmuşam. Amma əlimdə olan sənəd hər şeyi deyir”.



- Paşayeva Mehriban Arif qızı 1981-82-ci tədris illərində Tibb Universitetinə imtahan verib və müvəffəqiyyətlə ora daxil olub. O, 2-ci Müalicə işi fakütləsinə, 102-ci qrupa qəbul edilib. 1981-ci ilin sentyabr ayından mayın sonlarına qədər bizim kafedrada təhsil alıb. Bu dövrdə Paşayeva Mehriban Arif qızı 4 bölmədən imtahan verib, məqbul alıb. 



Birinci bölmədən Astialogiya üzrə imtahanı 12 okyabr 1981-ci ildə verib və beş alıb. 



İkinci bölmədən Sindismologiya üzrə imtahanı isə 6 noyabr 1981-ci ildə verib və 5 qiyməti alıb.





3-cü bölmədən Hərəkət aparatı - Əzələlər üzrə imtahanı 21 dekabr 1981-ci ildə verib və 5 qiyməti alıb. 



4-cü bölmədən imtahanı isə 20 aprel 1982-ci ildə verib və 5 qiyməti alıb. 



Nəhayət, axırıncı imtahanı isə 7 iyun 1982-ci ildə verib və 4 alıb. 



Sonuncu imtahan zamanı Mehriban xanım Moskvaya getməyə hazırlaşırdı. Həmin imtahandan sonra tələbə Paşayeva Mehriban Moskvaya köçür və Seçenov adına 1-ci Moskva Tibb İnsitutunda təhsilini davam etdirir,- deyə professor bildirib.





“Həmin insititutla professor Balakişiyev, prof.Hacıyev və prof. Əsgərovun və şəxsən mənim çox yaxşı əlaqələrim olub,- deyə V.Şadlınski söhbətinə davam edir,- Mehriban xanıma 2-ci kursda dərs demiş Rusiya Elmlər Akademiyasının üzvü, 2-dəfə Rusiya Dövlət Mükafatı Laureatı Mixail Romanoviç Sapin bu yaxınlarda rəhmətə gedib. Mən Ümumittifaq Morfoloqlar Cəmiyyətinə üzv seçiləndə Sapin o cəmiyyətin sədri idi. 



O, bir neçə dəfə Azərbaycana gəlib və bizim kafedrada olub. Görüşümüz zamanı o, mənə dedi ki, bizim universitetdən ora talantlı bir qız köçürülüb. Hələ o vaxtlar Sapin də həmin qızın kim olduğunu bilmirdi. Mən də Sapinə dedim ki, həmin qızı şəxsən tanımıram. Amma axtarıb taparam. Mən Mehribanın bütün `zaçot`lardan `beş` alması ilə bağlı məlumatları da Sapinə göndərmişdim”.



Professor stolunun üzərində olan şəkili bizə göstərir və onun tarixçəsini danışır: 



-Bu, Mehribangilin qruplarının şəklidir. Amma o, bu şəkildə yoxdur. Çünki ənənəyə görə, 2-ci kursun axırında, yəni dövlət imtahanına bir ay qalmış kafedra müdiri prof. Balakişiyev bütün qrupun müəllimlərlə xatirə şəkli çəkdirməsinə icazə verirdi. Mehriban xanım isə həmin dövrdə sənədlərini Moskvaya göndərmişdi. Bu şəkil Mehriban xanım üçün çox maraqlı olar. Çünki oradakıların hamısı qrup yoldaşlarıdır. Həmin vaxt Mehriban xanım artıq nişanlanmışdı və İlham müəllimlə birlikdə Moskvaya getmişdilər. 





Professor bir müddət öncə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı fikirlərini də bölüşüb: “Mehriban xalqımızın mərd qızıdır. Mən Avropa Oyunlarının açılışı zamanı Xarkov şəhərində idim. Həmin vaxt orada “Lider” telekanalı Bakıdan Avropa Oyunları ilə bağlı reportaj göstərirdi. Mən bu zaman Xorvatiya kanalına çevirdim. Orada da Avropa Oyunlarının açılış mərasimi yayımlanırdı. Rus dilinə də tərcümə olunurdu. Mehriban xanım ingiliscə, azərbaycanca nitq söylədi. Amma nitqinin sonunda bir cümlə işlətdi: 



“Tanrı Azərbaycanı qorusun”. Bu sözün əvəzinə Mehriban xanım başqa söz də işlədə bilərdi. Amma o, Azərbaycanı nə qədər sevdiyini bir daha bütün dünyaya sübut elədi. Bu, daxildən, ürəkdən gələn bir sözdür. Ona görə də bu millət Mehriban xanıma onun Azərbaycanı sevdiyi qədər hörmət etməlidir”.



Həmin kafedrada 60 ilə yaxındır ki, çalışan əməkdar elm xadimi, professor Rafiq Əsgərov da bir zamanlar tələbəsi olan Mehriban Əliyeva ilə bağlı xatirlərini bölüşdü:



- Mən Mehribangilin qrupuna mühazirələr oxuyurdum. Tələbələrin valideynlərini heç də yaxşı tanımırdım. Mühazirdən sonra həmişə arıq bir qız uşağı ayağa durub, mənə suallar verərdi. Auditoriyada həmişə birinci- ikinci sırada oturardı. Bu qızın tibbə çox böyük marağı var idi. Bir gün həmin qızdan soruşdum ki, hansı qrupda oxuyur? O da mənə oxuduğu qrupun adını dedi. Sonra yavaş-yavaş bu qızın kim olması ilə də maraqlandım. Rus bölməsində dərs keçirdim. 



Sonra getdim həmin qızın müəllimini tapdım. Ona zarafatla dedim ki, sizin qrupda bir qız var, məni tez-tez narahat edib çoxlu suallar verir. (Gülür) Müəllim mənə dedi ki, həmin qız Mir Cəlal Paşayevin nəvəsi Mehribandır. Yaxşı oxuyan tələbələri həmişə çox istəmişəm. Onlara dərslərini daha yaxşı oxumaları üçün dəstək olmuşam. 



Tibbdə təhsil alanlar gərək Mehriban kimi canla-başla oxusunlar. İndi tələbələr başqa cürdür. O vaxtlar oxumağa meyl daha çox idi. Mehriban həmişə mühazirəyə aid suallar verərdi. Məsələn, mən mühazirəni oxuyurdum və izah edirdim. Bundan dəhal sonra Mehriban ayağa qalxıb, mövzudan kənara çıxmadan mənə suallar verərdi. 





O, ailədə babası Mir Cəlal Paşeyevi, Nəsir İmanquliyevi görürdü. Anası professor, atası professor-akademik idi. Mehriban öz ailəsinin içərisində yetişən bir tələbə idi. Daha sonra o, ailə həyatı qurdu. Yenə də təhsilini davam etdirirdi. Bu dəfə Mehribanın müəllimi Heydər Əliyev oldu. Ona məktəb lazım deyildi. Onun məktəbi yanında, evində idi. Onun ailədə çox böyük müəllimlərindən biri isə Zərifə xanım idi... 


Teqlər:
Bu xəbər cəmi 2705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR