Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
14:24 19/10/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:32 09/10/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Yol polisi olmaq istəyirsiniz?
Ziya Məmmədov hardadır?
Nazir bölgələrə mətbuat xidməti təyin etdi
Nömrələrdəki defis necə silinib? - Polisin qərarı qalmaqal yaratdı
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Günü 100 avrodan daha aşağı olan otellər

Günü 100 avrodan daha aşağı olan otellər




Fins.az rus mətbuatına istinadən günü 100 avrodan ucuz ən yaxşı dizayner hotellərini təqdim edir:



1) “Not Hotel” – Niderlandın paytaxtı Amsterdamda yerləşir. Amma bu, oteldən çox 12 otaqlı azad yaradıcılıq nümunəsidir. Qonaqlara “Yuva”, “Böhrandan azad zona”, “Əl ilə çəkilmə ev”, “Amsterdam tramvayı” və digər yaşayış konseptləri təklif olunur. Qiymətindən əlavə, “Not Hotel” velosiped kirayəsi qiymətləri ilə də qonaqları sevindirir.





 



2) “XVA Art Hotel” – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir. Buranın gecəsi muzeyi xatırladır. Hotelin lobbi və qalereyalarında yaxın şərqin müasir incəsənət nümunələri yer alıb. Qonaqlara 13 unikal nömrədən birində qalmaq imkanı verilir. Yerli koloriti hesabına hotel “Wallpaper” estetik bələdçisinin reytinq cədvəlinə düşüb.





 



3) “Hotel Muse Bangkok Langsuan — MGallery” – Tailandın paytaxtı Banqkokda yerləşir. Butik otellərin çoxundan fərqli olaraq, 5 ulduzlu “Hotel Muse”-un dizaynında müasir incəsənət elementlərindən istifadə olunmayıb. Burada sırf Tailandın tarixində “qızıl dövr” adlandırılan XIX-XX əsrlərin memarlıq nümunələrinə rast gəlmək olar.





 



4) “Kybele Hotel” – Türkiyənin İstanbul şəhərində yerləşir. İstanbulun əsas gəzməli yerlərinin yaxınlığında olan bu kiçik oteli qədim mağazalarla səhv salmaq olar. Otelin tavan və divarları böyük imperiyanın yaradıcılıq mirası ilə bəzədilib. Yeri gəlmişkən, xoşunuza gələn əşyaları sonuncu mərtəbədə yerləşən incəsənət güşəsində almaq da mümkündür. Burada otelin sahibi məşhur qonaqları şəxsən qəbul edir.





 



5) “Room Mate Laura” – İspaniyanın paytaxtı Madriddə yerləşir, şəhərin 17 ən yaxşı hotelindən biridir. Otel sahibləri qonaqlara sirli Lauranın kimliyi haqqında danışırlar. Ucuzluqdan əlavə, “Room Mate Laura” divarlarındakı incəsənət nümunələri və ətrafındakı gözəl parklarına görə də sevilir.





 



6) “The Mansion Resort Hotel & Spa” – İndoneziyanın Ubud şəhərində yerləşir, hər kvadrat metrə düşən heykəl, tablo və batik nümunələrinin sayına görə seçilir. Dəbdəbəli otaqlardan əlavə, oteldə bir neçə spa salonu və cəngəllikdə yerləşən hovuzu da var.





 



7) “Nhow” – Almaniyanın paytaxtı Berlində yerləşir, “ilk musiqili otel” hesab olunur. Otelin bütün nömrələrinin pəncərəsi çay mənzərəsinə açılır. Otel həmçinin Berlinin məşhur “S-Bahn” elektik qatarlarının keçmiş emalatxanasının qonşuluğunda yerləşir.






Teqlər:
Bu xəbər cəmi 2645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR